09:22 Cümə Axşamı, 26 Aprel 2018
GƏNCLİK

Fərid Şahbazlı: “Prezident seçkilərində Azərbaycan gəncliyinin namizədi bəllidir”

23:32, 30.03.20187499
Fərid Şahbazlı: “Prezident seçkilərində Azərbaycan gəncliyinin namizədi bəllidir”
"Azərbaycanda olduqca demokratik və əlverişli seçki mühiti mövcuddur. Ölkəmizdə seçkilərin beynəlxalq seçki standartlarına uyğun azad və şəffaf şəkildə keçirilməsi üçün möhkəm siyasi iradə var”.

Bu fikirləri "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı deyib. O bildirib ki, həm prezidentliyə namizədlərin qeydiyyatı mərhələsində, həm də hazırkı təbliğat və təşviqat dövründə bütün namizədlər üçün bərabər şərait yaradılıb.

F.Şahbazlı deyib ki, bütün prezidentliyə namizədlər qanunvericiliyin yaratdığı imkanlardan istifadə edərək, müstəqil şəkildə təşviqatla məşğul ola bilərlər: "Eyni zamanda, yerli və beynəlxalq müşahidəçilər seçkilərə böyük maraq göstərməkdədirlər. Onlar da öz müşahidələrinə əsasən, Azərbaycanda şəffaf seçki mühitinin olduğunu qeyd edirlər. Ən əsası isə Azərbaycan vətəndaşlarının seçki prosesinə böyük marağı var. Əminəm ki, seçkilər günü bütün vətəndaşlarımız aktiv şəkildə dəstəklədikləri namizədə səs verəcəklər”, – deyə QHT-sədri söyləyib.

F.Şahbazlı Azərbaycanın bölgənin lider dövləti olduğunu diqqətə çatdıraraq vurğulayıb ki, ölkəmiz regionda sabitlik və təhlükəsizliyə əvəzsiz töhfələr verir: "Ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminində əvəzsiz rolu danılmaz bir reallıqdır. Dünyada mövcud olan gərgin geosiyasi atmosfer, hər gün alovlanan münaqişə və müharibələr fonunda Azərbaycanın yerləşdiyi olduqca mürəkkəb regionda sabitlik adası olaraq mövqeyini qoruması şübhəsiz ki, olduqca vacib məqamdır. Bu mənada düşünürəm ki, Azərbaycanda keçirilən seçkilər nəinki Cənubi Qafqaz regionu, ümumilikdə bütün dünya üçün xüsusi əhəmiyyət kəsb edir.

QHT sədrinin sözlərinə görə, hazırda Azərbaycanda mövcud olan siyasi sabitlik, davamlı iqtisadi inkişaf, multikultural mühit olduqca gərgin zəhmətin və möhkəm siyasi iradə nəticəsində formalaşıb: "Prezident İlham Əliyevin uzaqgörən siyasəti, prinsipiallığı və beynəlxalq aləmdə böyük nüfuzu sayəsində Azərbaycanın dünyanın siyasi və iqtisadi məkanında mövqeyini gündən-günə gücləndirməsi, həyata keçirdiyi beynəlxalq əhəmiyyətli layihələrlə Avrasiyanın nəqliyyat qovşağına, logistik mərkəzinə çevrilməsi hər bir Azərbaycan gəncini qürurlandırır və bundan ilham alan müasir gənclik gündən-günə iqtisadi-siyasi uğurları artan ölkəmizin daha da qüdrətlənməsi yolunda öz üzərinə düşən missiyanı layiqincə yerinə yetirirlər. Bütün bu uğurlar gənclər ordusunun daha da mütəşəkkilləşməsində mühüm rol oynayır. Əminliklə deyirəm ki, bu seçkilərdə də Azərbaycan gəncliyinin alternativsiz namizədi cənab İlham Əliyevdir”

//Editor.az
0
XƏBƏR LENTİ