06:35 Bazar Ertəsi, 22 Oktyabr 2018
DÜNYA

Fəryadını eşitdilər, hamama girəndə... - Dəhşətli mənzərə

10:36, 11.05.20185484
Fəryadını eşitdilər, hamama girəndə... - Dəhşətli mənzərə
Türkiyənin Muğla bölgəsində küçə itini qəddarlıqla öldürən şəxs onun cəsədini evinə apararaq hamamda gizlədib.

İsmətpaşa məhəlləsinin sakinləri gec saatlarda itin fəryadına yuxudan oyanıb. Küçəyə çıxan sakinlər qonşu həyətdə hərəkətlilik görərək polisə məlumat verib.

Bildirişdən sonra hadisə yerinə gələn polis həmin evdə axtarış aparıb. İtin hücumuna məruz qaldığını deyən ev yiyəsi onu məcbur qaldığı üçün öldürdüyünü deyib. Daha sonra polis itin cəsədini hamamda paketə bükülü vəziyyətdə tapıb.

İti xüsusi amansızlıqla qətlə yetirən vətəndaşa Heyvanların Qorunması qanununa əsasən 1125 lirə cərimə kəsilib.

Bu hadisə heyvansevərlərin kəskin narazılığına səbəb olub. Hadisə ilə bağlı polisin araşdırması davam edir. (publika.az)
XƏBƏR LENTİ