13:50 Bazar Ertəsi, 19 Fevral 2018
Maqazin

"FETÖ"nun dinlədiyi insanlar arasında Tarkanın da adı var

21:40, 17.11.2017540
Siyasətdən idmana qədər bir çox insanı dinləyib şantaj edən "FETÖ" meqastar Tarkanı da dinləyib.
 
AZXEBER.COM xəbər verir ki, iddianı "Posta" qəzetinin jurnalisti Candaş Tolqa İşıq səsləndirib.
 
Jurnalist yazıb: "Siyasətdən idmana, mətbuatdan sənət dünyasına qədər bir çox insan "FETÖ"nun çirkin əməliyyatlarının qurbanıdır. Bir neçə gün əvvəl öyrəndim ki, sevimli meqastar Tarkan da bu dinləmə əməliyyatının qurbanı olub".
 
İşıq yazısına belə davam edib: "Söhbət etdiyim yüksək rütbəli polis işçisi bildirdi ki, narkotiklərə qarşı mübarizə idarəsi bir şübhəli şəxsi narkotik maddəni kimdən və ya kimlərdən hansı yolla əldə etdiyini, kimə və ya kimlərə satdığını öyrənmək üçün dinləyər. Bu isə maksimum 3 ay davm edər. Bir insanı narkotik cinayət səbəbindən 15 ay dinləmək isə başqa məqsədlərdən xəbər verir. Adamın özəl həyatını öyrənib şantaj etmək və məlumatları fərqli məqsədlər üçün istifadə etmək bu məqsədlərdəndir".
0
XƏBƏR LENTİ