16:39 şənbə, 16 Dekabr 2017
TOP4

"Prezidentin Azərbaycan gəncliyi ilə bağlı üçüncü proqramı qəbul etməsi bizə olan etimadın nəticəsidir"

16:20, 19.09.2017548

Bir neçə gün öncə Azərbaycan Respublikasınıb Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə"Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının təsdiq edilməsi birmənalı olaraq gələcəyə olan investisiyadır. Proqramın özlüyündə gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi, sosial rifahının yaxşılaşdırılması, zəngin elmi potensialın yaradılması, gənclərin ictimai-siyasi həyatda fəallığını, həmçinin idarəetmə orqanlarında gənc mütəxəssislərin kadr potensialının artırılmasını əhatə etməsi gəncliyə olan qayğını təcəssüm edir.

Bu gün ölkə başçısı tərəfindən qəbul edilən sayca üçüncü proqram Azərbaycan gəncliyi qarşısında geniş imkanlar açaraq, birbaşa gənclərin iradəsinə hesablanmışdır. Bundan öncəki illərdə həyata keçirilən "Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)”, "Azərbaycan gənclərininxariciölkələrdə təhsili üzrə Dövlət Proqramı (2007-2015-ci illər)” və "Azərbaycan gəncliyi: 2011-2015-ci illərdə” Dövlət Proqramının nəticəsi olaraq əmək bazarında rəqabətə davamlı, müxtəlif sahələrdə kadrların səriştəsinin artırılmasını və yeni innovasiyalardan səmərəli faydalanacaq mütəxəssislərin artmasına mühüm töhfə vermişdir. Bu da özlüyündə savadlı cəmiyyət quruculuğunda təhsilin keyfiyyətinin və əhatəliliyinin artırılmasına xidmət göstərmişdir. Məhz verilmiş Sərəncam qloballaşan dünyada rəqabətədavamlı gənclərin formalaşmasında qarşılaşdığımız problemləri aradan qaldırmaq və daxili insan kapitalının formalaşdırılmasına hesablanır.

Hazırda Azərbaycanda gənclərin inkişafına hesablanan "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı, həmçinin 32 vəzifəni qarşısına hədəf qoyan "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın həyata keçirilməsi ölkəmizdə təşəbbüskar və məsuliyyətli gənclərin yetişməsi istiqamətində ciddi rol oynayacaqdır. Belə ki, qəbul edilən proqramlar özlüyündə 5 il sonrakı Azərbaycan gəncliyini təsvir edir - Vətənpərvər, savadlı , innovativ!

 

0
XƏBƏR LENTİ