19:44 Cümə Axşamı, 21 Fevral 2019
SOSİAL

FHN də gücləndirilmiş iş rejiminə keçdi - Nazir tapşırıq verdi

17:54, 16.01.20196851
FHN də gücləndirilmiş iş rejiminə keçdi - Nazir tapşırıq verdi

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qəza-xilasetmə qurumları və regional mərkəzləri 17-18 yanvar tarixlərində gücləndirilmiş iş rejimində çalışacaq.

AZXEBER.COM xəbər verirki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun xəbərdarlığına əsasən, Abşeron yarımadası, Xəzər dənizi Akvatoriyasında və respublikamızın rayonlarında gözlənilən təhlükəli hidrometeoroloji hadisə ilə əlaqədar vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrin və qəzaların vaxtında aşkarlanaraq qarşısının alınması, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə FHN də gücləndirilmiş iş rejiminə keçir. 

 

Bununla əlaqədar Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən müvafiq əmr imzalanıb. 

XƏBƏR LENTİ