08:34 çərşənbə Axşamı, 10 Dekabr 2019
SOSİAL

FHN: Sumqayıtdakı yanğında bir yanğınsöndürən xəsarət alıb

23:51, 10.08.201912471
FHN: Sumqayıtdakı yanğında bir yanğınsöndürən xəsarət alıb
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bu gün Sumqayıtda baş verən yanğın hadisəsi ilə bağlı  məlumat yayıb. 

Məlumatda deyilir: "10 avqust 2019-cu il tarixdə saat 16:58-də Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Sumqayıt şəhərində mebel sexində yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürənlər hadisə yerinə çatarkən artıq bina tam alovlanmış vəziyyətdə olub. Yanğın nəticəsində ümumi sahəsi 1025 m² olan mebel sexi yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən 18:21-də söndürülüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğının söndürülməsi zamanı Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin bir əməkdaşı xəsarət alıb. O, Sumqayıt şəhər Təcili Yardım Xəstəxanasına yerləşdirilib".



19.37

Sumqayıt şəhərində mebel sexində yanğın olub.

AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunublar.

Yanğın nəticəsində ümumi sahəsi 1000 m² olan mebel sexi yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Əlavə məlumat veriləcək.​
XƏBƏR LENTİ