13:13 Cümə, 19 Yanvar 2018
İDMAN

FIFA-dan hakimin anasını söyən Messi ilə bağlı ŞOK QƏRAR

11:11, 15.04.2017666
FIFA-dan hakimin anasını söyən Messi ilə bağlı ŞOK QƏRAR

Argentinanın Çili ilə oynadığı seçmə mərhələ oyununda köməkçi hakimin anasını söydüyü üçün 4 oyunluq cəza alan Lionel Messi 4 mayda FIFA-ya çağrılıb. 

"Barselona"lı ulduzun ifadəsi alınacaq.

Bu barədə Argentina Futbol Federasiyası məlumat yayıb. Məlumatda bildirilir ki, Messi ifadə verməyə federasiyanın vəkilləri ilə birlikdə yollanacaq. 

Qeyd edək ki, Messi olayla bağlı açıqlamasında "Sözlərimlə hakimi narahat etmişəmsə, üzr istəyirəm. Öz-özümə danışmışdım, hakimi birbaşa söyməmişdim. Haqqımda verilən qərarın ləğvini tələb edirəm" demişdi.

Qeyd edək ki, Boliviya matçını buraxan Messi Uruqvay, Venesuella və Peru ilə oyunlarda da Argentinaya kömək edə bilməycək.

///Fanat.Az

0
XƏBƏR LENTİ