02:07 şənbə, 24 Avqust 2019
MARAQLI

Finalda stadiona çıxan yarıçılpaq qız haqda maraqlı faktlar

22:09, 02.06.20196701
Finalda stadiona çıxan yarıçılpaq qız haqda maraqlı faktlar
Çempionlar Liqasının finalında meydana daxil olan xanım haqqında yeni məlumatlar ortaya çıxıb. 

 Kinsi Volanski adlı xanım aktrisa və model kimi fəaliyyət göstərir. Onun bu addımı bir anda dünya mətbuatının diqqətini çəkib. 

Sürətlə məşhurlaşan xanım dünən gecə bu addımı atmazdan öncə Instagram hesabında 400 min izləyicisi olub. "Tottenhem” - "Liverpul” oyunundan sonra isə xanımın səhifəsinə kütləvi axın başlayıb. Hazırda Kinsi Volanskinin rəsmi Instagram hesabında 1,5 milyon izləyicisi var. Bu rəqəmin daha da artacağı istisna deyil. 

Kinsey Volanski adlı bu qız məşhur blogger Vitali Zdorovetskinin sevgilisidi. Özünün "VitalyzdTv" kanalını idarə edən rus Vitalinin videolarını təkcə bu il 1,65 milyarddan çox insan izləyib. Hazırda onun bloqunun dəyəri 7,2 milyon dollar hesablanır. Vitali təkcə youtube videolarından ayda 400 min dollardan çox pul qazanır. 

22 yaşlı model Kinsey Volanski ilə sevgili olan Vitali onu da videoçəkilişlərində istifadə edir.

Qeyd edək ki, "Liverpul" 2:0 hesabı ilə qalib gəlib və Çempionlar Liqasının qalibi olub.
 
///fanat.az
XƏBƏR LENTİ