09:53 Cümə, 21 Sentyabr 2018
GƏNCLİK

“Fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyası” adlı layihə baş tutub

16:58, 16.02.20181649
“Fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyası” adlı layihə baş tutub

Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində yerləşən 1 Sayılı Sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzində təlim keçirilib. Təlim Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 10-cu qrant müsabiqəsinin qalibi olmuş "Fiziki məhdudiyyətli insanlarin cəmiyyətə inteqrasiyası” adlı layihə çərçivəsində baş tutub.

Bu barədə layihə rəhbəri Mətanət Qudsi məlumat verib. Onun sözlərinə görə "Kvant psixologiyası – düşüncələrin idarə olunması” mövzusunda keçirilən təlim, yalan üzrə ekspert, "60 saniyədə insan tanıma sənəti” adlı kitabın müəllifi, təlimçi Təbriz Hacınski tərəfindən keçirilib.

Təlimdə ilk mərkəzin direktoru Rəhilə Həsrətova çıxış edərək iştirakçıları və qonaqları salamlayıb, hər kəsə uğurlar arzulayıb. Sonra isə layihə rəhbəri Mətanət Quliyeva layihə haqqında ətraflı danışaraq, göstərdiyi maliyyə dəstəyinə görə Gənclər Fonduna öz təşəkkürünü bildirib. Sonra təlimdə ekspert Təbriz Hacınskinin insan psixologiyası, düşüncələrin formalaşmasında hansı vacib addımların atılması barədə mühazirəsi dinlənilib.

XƏBƏR LENTİ