16:22 çərşənbə, 25 Aprel 2018
İDMAN

Formula 1: Colion Palmerin idarə etdiyi bolidin yanma səbəbi müəyyənləşib

18:37, 24.06.2017669
Formula 1: Colion Palmerin idarə etdiyi bolidin yanma səbəbi müəyyənləşib
Formula 1 üzrə Azərbaycan Qran Prisinin sonuncu sərbəst yürüşü zamanı "Renault"un pilotu Colion Palmerin idarə etdiyi bolidin yanma səbəbi müəyyənləşib.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə "Renault” açıqlama yayıb.
 
Bildirilir ki, yanğın yanacaq sızmasına görə baş verib. Avtomobilin mühərriki tam yararsız hala düşdüyündən dəyişdiriləcək. Lakin bu dəyişiklik saat 17:00-da qədər mümkün olmadığından C.Palmer hazırda davam edən sıralama turunda iştirak edə bilmir.
 
Qeyd edək ki, Colion Palmerin bolidi iyunun 24-də keçirilmiş sərbəst yürüş zamanı səkkizinci döngədə - Qız Qalasının yaxınlığında səddə çırpılıb. Pilot maşını tərk etdikdən sonra əraziyə cəlb olunan kran onu oradan götürüb.
 
report.az
0
XƏBƏR LENTİ