14:06 şənbə, 24 Fevral 2018
İDMAN

Formula 1 üzrə Azərbaycan Qran Prisində qəza baş verib

21:52, 23.06.2017576
Formula 1 üzrə Azərbaycan Qran Prisində qəza baş verib
Formula 1 üzrə Azərbaycan Qran Prisində üçüncü qəza baş verib.
 
AZXEBER.COM-unməlumatına əsasən ikinci sərbəst yürüş zamanı "Red Bull” komandasının pilotu Maks Ferstappen idarəetməni itirərək bolidini səddə vurub.
 
Nəticədə pilot əzilmiş maşınını tərk edib və yarışı davam etdirə bilməyib. Onun bolidi kran vasitəsi ilə ərazidən götürülüb.
 
Qeyd edək ki, daha əvvəl "Renault"un pilotu Colion Palmerin və "Force İndia"nın pilotu Serxio Peresin bolidi Qız Qalasının yaxınlığında səddə çırpılıb və yararsız hala düşüb.
 
report.az
0
XƏBƏR LENTİ