19:35 çərşənbə Axşamı, 19 Mart 2019
İDMAN

Futbol üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edildi

17:14, 28.12.20184238
Futbol üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edildi
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasınıni baş məşqçisi postunda dəyişiklik olub.

AZXEBER.COM milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yığma Samir Əliyevə tapşırılıb. O, Vüqar Məmmədi əvəzləyib. Təyinat AFFA-nın Məşqçilər Komitəsinin təqdimatı əsasında baş katibliyin birgə müzakirələri nəticəsində reallaşıb.

39 yaşlı mütəxəssis komandanı 2019-cu ilin oktyabr ayında keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə hazırlayacaq.

Qeyd edək ki, S.Əliyev ötən mövsüm "Səbail”ə rəhbərlik edib.
XƏBƏR LENTİ