05:01 çərşənbə Axşamı, 25 Sentyabr 2018
GƏNCLİK

“Gələcəyə doğru” adlı tədbir keçirilib - FOTOLAR

15:24, 22.06.20184082
“Gələcəyə doğru” adlı tədbir keçirilib - FOTOLAR
İyunun 14-də Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində Bakı və Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ümumtəhsil məktəblərini yüksək qiymətlərlə bitirmiş şagirdlər üçün "Gələcəyə doğru” adlı məzun gecəsi keçirilib.

Azərbaycan Respublikasının Birinci vitse – prezidenti Mehriban Əliyevanın məzunlara təbrik məktubunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev iştirakçıların diqqətinə çatdırıb. Tədbirdə, həmçinin gənclər və idman naziri Azad Rəhimov və təhsil naziri Ceyhun Bayramov çıxış edərək gəncləri təbrik ediblər.

Daha sonra tanınmış müğənnilərin, beynəlxalq musiqi müsabiqələrinin qaliblərinin ifasında gənclərin marağına səbəb olan musiqi proqramı təqdim olunub, gənclər arasında müxtəlif maraqlı oyunlar və müsabiqələr keçirilib, fərqlənən gənclər qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Tədbirin keçirildiyi məkanda bir sıra gənclər təşkilatlarının stendləri quraşdırılmış,təşkilatlar barədə məlumat, fəaliyyətlərini əks etdirən maarifləndirici materiallar nümayiş etdirilmiş və gənclərin ölkənin ictimai fəaliyyətində iştirakı imkanları barədə məlumat verilmişdir.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


XƏBƏR LENTİ