19:06 Cümə Axşamı, 05 Dekabr 2019
DÜNYA

Gənc qızı öldürüb meyitinə təcavüz etdi- FOTOLAR

16:44, 30.11.201912173
Gənc qızı öldürüb meyitinə təcavüz etdi- FOTOLAR
Rusiyada Anton Meged adlı gənc oğlan onunla cinsi münasibətdə olmaq istəməyən 17 yaşlı sevgilisini boğaraq öldürüb və hələ bu azmış kimi meyitə təcavüz edib. 

Hadisə Lesozavodsk şəhərində baş verib. Daria Kolesnikovunanın faciəvi şəkildə ölümü ölkə ictimaiyyətini də məyus edib. Hadisənin üstü isə gənc qızın sevgilisiylə görüşə gedərək itkin düşməsindən sonra ailəsinin polisə şikayət etməsi nəticəsində aşkarlanıb.

Polisin apardığı üç günlük araşdırma nəticəsində Darianın çay kənarında meyiti aşkar edilib. Bundan sonra gənc qızın telefon zənglərini araşdıran polis dəlillərə əsaslanaraq sevgilisini həbs edib. 
 
///Moderator.az 

 

 

XƏBƏR LENTİ