21:42 Bazar Günü, 17 Dekabr 2017
GƏNCLİK

"Gənc Vətəndaş" Ağdaşda təlim keçirdi: "Ailə üçün DƏYƏR!"

12:41, 11.07.2017310
"Gənc Vətəndaş" Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Ailə üçün Dəyər!" adlı layihənın icraaını davam etirir. Layihə çərçivəsində Ağdaş rayonunda təlim keçirilib.  

Təlimi Ağdaş rayonu Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov açaraq təşkilat və layihə haqqında iştirakçılara məlumat verib. A.Gözəlov qeyd edib ki, Azərbaycanda QHT-lərə ayrılan diqqət və qayğının nəticəsində regionlarda önəmli mövzularda tədbirlərin kecirilməsi ilə müsbət nəticələr əldə edilir və sosial problemlərin həllinə töhvə verilir. 
"Gənc Vətəndaş" Maarifləndirmə İctimai Birliyinin icracı direktoru Günel Səfərova "Ailə üçün dəyər!" layihəsindən danışıb. O, ailə hüququnun əsas məqamlarından olan valideyn məsuliyyətinin artırılması və qanunvericilikdə bu məsələnin tənzimlənməsi barədə iştirakçıları məlumatlandırıb. G.Səfərova Ailə Məcəlləsinə dəyişikliklər edilməsinin vacib olduğunu, Ailə məhkəmələrinin yaranmasına ehtiyac yarandığını vurğulayıb. 
Təlimçi Nuriyyə Abbasova təlimdə iştirakçılara Ailə hüququ, Mülkiyyət hüququ, Valideyn məsuliyyəti, Ailədaxili zorakılıqdan müdafiə mexanizmləri haqqında məlumatları əks etdirən ailə münasibətlərinin hüquqi tənzimlənməsi haqqında məlumat verib. 
Təlimdə nikahın rəsmi qeydiyyata alınmasının vacibliyi, hüquqi məlumatlılığın çox olmasının yarana biləcək problemlərin aradan qaldırılmasına yardım etməsi və məhkəmə praktikasından danışılıb.
İştirakçılar ailə hüququ və valideyn məsuliyyəti mövzusunda təkcə gənclər üçün deyil, yaşlılar üçün tədbirlərin təşkil edilməsinə ehtiyacın olduğunu vurğulayıblar.
Sonda iştirakçıların sualları cavablandırılıb.
 

 

 



0
XƏBƏR LENTİ