12:23 Cümə, 15 Dekabr 2017
SOSİAL

Gəncədə ana 3 yaşlı oğlu ilə birgə itkin düşdü

17:54, 13.10.2017576
Gəncədə ana 3 yaşlı oğlu ilə birgə itkin düşdü

DİN-dən AZXEBER.COM-a verilən məlumata görə, cari il sentyabrın 4-də Gəncə şəhər sakini, 30 yaşlı Xəyalə İlyas qızı Əliyeva 3 yaşlı oğlu Ruzigar Əliyevlə birgə yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıblar.  

Həmin qadının xarakterik əlamətləri belədir: boyu 156 santimetr, kök bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, saçlarının rəngi isə qaradır.

Evdən çıxarkən əynində qara rəngli şalvar, ağ və qara rənglərin qarışığı olan köynək və eyni rəngli çəkələk olub. 

 

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Xidməti Zəng Mərkəzi"nə, həmçinin Gəncədəki 022-256-07-73, 022-266-33-75 şəhər nömrələrinə və ya 055-331-24-24, 050-314-14-91 mobil nömrələrə zəng vuraraq məlumat vermələri xahiş olunur.      

0
XƏBƏR LENTİ