22:12 Bazar Günü, 22 Aprel 2018
SAĞLAMLIQ

Gəncədə ana doğuşdan sonra öldü

16:45, 05.01.2018703
Gəncədə ana doğuşdan sonra öldü
Gəncə şəhərində özəl xəstəxanaların birində ana qeysəriyyə əməliyyatından sonra ölüb.

AZXEBER.COM-un APA-ya istinadən məlumatına görə, şəhər sakini, 1992-ci il təvəllüdlü Nəsibova Nigar Fəxrəddin qızı qeysəriyyə yolu ilə uşaq dünyaya gətirib. 

Əməliyyatdan sonra ananın vəziyyəti pisləşib. Bir neçə gün müalicə alsa da, N. Nəsibovanı xilas etmək mümkün olmayıb.

Yeni doğulan körpə sağ qalıb. Məlumata görə, bu, N. Nəsibovanın dünyaya gətirdiyi ikinci övladdır.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
0
XƏBƏR LENTİ