00:52 Cümə Axşamı, 21 Iyun 2018
SOSİAL

Gəncədə dəhşətli avtomobil qəzası: Ölüm anı telefonla çəkildi - ÖZƏL VİDEO

23:37, 10.11.201743977
Gəncədə dəhşətli avtomobil qəzası: Ölüm anı telefonla çəkildi - ÖZƏL VİDEO
Gəncədə ölümlə nəticələnən ağır yol qəzası olub.
 
AZXEBER.COM-un məlumatına görə, qəza nəticəsində sürücü 1992-ci il təvəllüdlü Ələkbərov Kənan Orxan oğlu və sərnişin - 1994-cü il təvəllüdlü Nağıyev Nicat Nüsrət oğlu dünyasını dəyişib. 
 
Məlumata görə, hərəkətdə olan avtomobilin qarşısına it çıxıb. İti vuran avtomobil idarəetməni itirərək yolun kənarına aşıb. Hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub. Meyitlər deformasiyaya uğrayan avtomobilin salonundan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
 
AZXEBER.COM qəzanın özəl videosunu əldə edib. Videoda da görünür ki, avtomobil yüksək sürətlə hərəkət edir və anidən yoluna it çıxır.
 
Həmin görüntüləri təqdim edirik: 

XƏBƏR LENTİ