04:27 Bazar Ertəsi, 19 Noyabr 2018
TOP4

Gəncədə “Gənc blogger və media forumu” başladı - FOTOLAR

18:41, 27.10.20187685
Gəncədə “Gənc blogger və media forumu” başladı - FOTOLAR
Gəncədə Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı, "İslahatçı Gənclər" İctimai Birliyi və Azxeber.com İnformasiya Portalının birgə təşkilatçılığı reallaşdırılan Gənc Blogger və Media Forumu öz işinə başlayıb. 

Forumun açılış mərasimində çıxış edən YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin sədri Yüksəl Məmmədov bildirib ki, bu forumun Gəncə şəhərində keçirilməsi mühüm əhəmiyyət kəsb edir. O qeyd edib ki, dünyada baş verən hadisələr gənclərin informasiya texnologiyalarının verdiyi imkanlardan səmərəli istifadəsini zəruri edir.

Çıxış edən "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib ki, hər ötən gün dünyada informasiya savaşı güclənir. İndi artıq ayrı-ayrı dövlətlər, qüvvələr hərbi gücdən daha çox, informasiya gücünə baş vururlar. Bu isə şübhəsiz ki, ölkələrin informasiya təhlükəsizliyinə təhdidlər yaradır. 
Eyni zamanda internet medianın inkişafı onun istifadəçiləri üçün əlavə imkanlar yaradır. Belə bir durumda gənclərin medianın, sosial şəbəkələrin imkanlarından milli maraqlarımızın qorunması və şəxsi inkişafları naminə səmərəli istifadəsi mühüm əhəmiyyət kəsb edir.

Azxeber.com İnformasiya Portalının Baş direktoru Əfsələddin Ağalarov vurğulayıb ki, qloballaşan dünyada informasiya texnologiyalarının, internet medianın sürətli inkişafı insanlara geniş imkanlar açır: Bu imkanlardan uğurla faydalanmaq üçün isə gənclərin maarifləndirilməsinə mühüm ehtiyac var. Çünkü gənclər informasiya savaşında aktiv rol alırlar".

Azxeber.com İnformasiya Portalının Baş redaktoru Hacıbəy Heydərli internet istifadəçilərinin sayının hər ötən gün artdığını və bunun da informasiya savaşında internet medianın rolunun yüksəlməsinə xidmət etdiyini qeyd edib. O bildirib ki, sosial şəbəkələr həyatımızın ayrılmaz parçasına çevrilib.

 


 

 

 

 

 

 



XƏBƏR LENTİ