19:33 Bazar Günü, 24 Mart 2019
SİYASƏT

"Gəncənin qonaqpərvər, mehriban, zəhmətkeş və məğrur sakinləri" - Mehriban Əliyeva təəsüratlarını yazdı

12:22, 15.02.20192104

Xəbər verdiyimiz kimi, Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dünən Gəncəyə səfər ediblər.

AZXEBER.COM xəbər verir ki, birinci xanım gəncəlilərlə bağlı təəssüratını instaqramdakı "firstvicepresidentazerbaijan” rəsmi hesabında bölüşüb:

"Gözəl, qədim Gəncə şəhərindən unudulmaz təəssüratlarla ayrıldım! Azərbaycan milli koloritini bu qədər aydın ifadə edən şəhər! Təkrarsız ab-havası olan şəhər! Gəncənin qonaqpərvər, mehriban, zəhmətkeş və məğrur sakinləri! Səmimiyyət və istiqanlılığınıza, xoş arzularınıza, təbəssümünüzə görə sizə minnətdarlığımı bildirirəm! Allah hər zaman sizi qorusun!"

XƏBƏR LENTİ