Gənclər Fondu 10-cu qrant müsabiqəsinə yekun vurub

19 İyul 2017, 23:44
AAA

 

Fonddan Trend-ə verilən məlumata görə, toplantının gündəliyinə 10-cu qrant müsabiqəsinin yekunları, Fondun fəaliyyətini tənzimləyən bir sıra sənədlərə əlavə və dəyişikliklərin edilməsi, 9-cu müsabiqə çərçivəsində maliyyələşdirilmiş layihələrin icra vəziyyəti və s. məsələlər daxil edilib.

Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov 10-cu qrant müsabiqəsi barədə məlumat verərək bildirib ki, 2017-ci il aprelin 24-dən mayın 15-dək Fonda "A” (gənclər təşkilatlarının yerli layihələri), "B” (gənclər təşkilatlarının beynəlxalq layihələri) və "C” (fiziki şəxslərin layihələri) kateqoriyaları üzrə 1799 layihə təklifi daxil olub. May ayının ikinci yarısı və iyun ayı ərzində layihələr Fondun aparatının əməkdaşları tərəfindən sistemləşdirilmiş, hər biri haqqında annotasiya və rəylər hazırlanmış, Bakı şəhərində və regionlarda fərdi layihə təqdim etmiş 1400-dək şəxslə görüşlər keçirilib.

Müşahidə Şurasının üzvləri əvvəlki müsabiqələr çərçivəsində maliyyələşdirilmiş layihələr haqqında təsviri və maliyyə hesabatlarını indiyədək təqdim etməmiş gənclər təşkilatlarının və fiziki şəxslərin müraciətlərinə baxılmaması barədə razılığa gəliblər. Digər təkliflər qiymətləndirilərkən, ilk növbədə, ictimai əhəmiyyət kəsb edən, gənclərin fiziki, intellektual və mənəvi inkişafına xidmət edən, real icra planı və büdcəsi olan layihələrə üstünlük verilib. Aparılan müzakirələr nəticəsində "A” kateqoriyası üzrə 186 layihədən 144-nün, "B” kateqoriyası üzrə 9 layihədən 6-nın, "C” kateqoriyası üzrə 1604 layihədən 418-nin dəstəklənməsi məqsədəuyğun sayılıb. Barələrində müsbət qərar qəbul olunmuş 568 layihənin maliyyələşdirilməsi üçün Fond tərəfindən 2.011.600 manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur (layihələrin siyahısı 2017-ci il iyulun 20-də Fondun internet səhifəsində yerləşdiriləcəkdir).

İclasda "Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının Reqlamenti”nə, "Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən qrant müsabiqələrinin keçirilməsi Qaydaları”na, "Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən beynəlxalq tədbirlərdə iştirak qrantının verilməsi Qaydaları”na, "Maliyyə yardımının göstərilməsi haqqında Müqavilə”yə və "Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilmiş layihənin icrasının yekunu ilə bağlı resipiyentdən tələb olunan sənəd və materialların Siyahısı”na dəyişikliklərin layihələri müzakirəyə çıxarılıb. Layihələri təqdim edən Fondun aparat rəhbəri Faiq Qürbətov bildirib ki, adıçəkilən sənədlərdə bəzi məqamlar əksini tapmadığına görə, fiziki şəxslərdən daxil olan layihələrin müddətində, beynəlxalq tədbirlərdə iştirak edənlərlərə nəqliyyat xərclərinin ödənilməsində, resipiyentlərdən hesabatların qəbulunda və s. müəyyən problemlər yaranır. Bunları nəzərə alaraq, Fondun aparatı qeyd olunan sənədlərə bir sıra əlavə və dəyişikliklərin olunmasını təklif edib. Təkliflər müzakirə olunduqdan sonra Müşahidə Şurası tərəfindən təsdiq edilib.

Fondun icraçı direktoru Fərhad Hacıyev Fondun 9-cu qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilmiş layihələrin icra vəziyyəti haqqında məlumat verib. Qeyd edib ki, həmin müsabiqə çərçivəsində gənclər təşkilatlarının "A” (yerli layihələr) kateqoriyası üzrə 110, "B” (beynəlxalq layihələr) kateqoriyası üzrə 5 layihəsinə maliyyə dəstəyi ayrılıb. 1 layihənin müəllifi qrantdan imtina edib, digərləri isə icra planında nəzərdə tutulmuş tədbirləri respublikanın şəhər və rayonlarında, habelə müvafiq xarici ölkələrdə reallaşdırılıblar.

F.Hacıyev həmçinin 2017-ci ilin birinci yarısında "D” kateqoriyası üzrə (beynəlxalq tədbirlərdə iştirak qrantları) maliyyələşdirilmiş səfərlər barədə məlumat verib. Qeyd olunub ki, 6 ay ərzində 19 gəncin xarici ölkələrdə keçirilən konfrans, təlim, seminar, simpozium, müsabiqə, festival, olimpiada və sərgilərdə iştirakına şərait yaradılıb.

İclasın gündəliyindəki məsələlər ətrafında müzakirələrdə Müşahidə Şurasının üzvləri – təhsil nazirinin müavini Ceyhun Bayramov, Mədəniyyət və Turizm Nazirliyinin aparat rəhbəri Rafiq Bayramov, "Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin İdarə Heyətinin sədri Seymur Orucov, "İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov, "Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiyasının sədri Nurəddin Mehdiyev, Fondun baş mühasibi Elmar Talıblı, sektor müdirləri Orxan Ərəbov və Vüsalə Niftəliyeva iştirak ediblər.


Oxunma sayı : 330

SON XƏBƏRLƏR
Mariya Şarapova ilk sevgisi haqda: Bir gecənin içində... - 17 Oktyabr 2017, 22:32
Bakı metrosunda gənc qız özünü qatarın altına atmaq istədi – FOTO - 17 Oktyabr 2017, 22:25
Mətanətdən Rövşanə haqda qalmaqallı sözlər: "Bədbəxt insan..." - 17 Oktyabr 2017, 21:19
Təranə ilə küsülü olduğu Cabbar arasında efirdə dava - 17 Oktyabr 2017, 20:18
Tibb Universitetinin tələbəsini öldürən şəxslər tutuldu - 17 Oktyabr 2017, 19:31
Bu qurum Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən alındı - 17 Oktyabr 2017, 19:22
Arif Qaraşov: "Maşını oğlum yox, sürücüm idarə edib, o da cəzasını alacaq" - 17 Oktyabr 2017, 19:02
Müşfiq Mədətovun bıçaqlanmasından əvvəl və sonra baş verənlərin pərdəarxası - 17 Oktyabr 2017, 19:00
Vüsalə Kərimova: “Tərbiyəsizlik əri yanında olarkən sevgilini də yanında gəzdirməkdir"- Video - 17 Oktyabr 2017, 18:49
Alimlərdən qorxunc proqnoz - Günəşdə "super partlayış" olacaq - 17 Oktyabr 2017, 18:01
“Stimul” klinikası haqqında şok iddia: "Palatalardakı kameralarla xəstələr izlənilir" (FOTOLAR) - 17 Oktyabr 2017, 17:59
Cəbhəyani bölgələrin məktəblərində vətənpərvərlik mövzusunda inşa musabiqəsi təşkil olundu - 17 Oktyabr 2017, 17:54
DÇ-2018: İtaliya - İsveç, Xorvatiya - Yunanıstan - 17 Oktyabr 2017, 17:48
Türkiyədə kömür mədəni çökdü: Ölənlər var - 17 Oktyabr 2017, 17:46
“Qarabağ” ispan futboluna yaxın oyun göstərir" – Dieqo Simeone - 17 Oktyabr 2017, 17:42
Masallıda qadın bədbəxt hadisə nəticəsində öldü - 17 Oktyabr 2017, 17:39
Piyadanı vuran “AA” seriyalı maşının sahibi bəlli oldu - Tanınmış məmurun oğludur - 17 Oktyabr 2017, 17:09
"Ganja Big Idea Competition" müsabiqəsinin qalibləri bəlli oldu - 17 Oktyabr 2017, 17:04
Nazir müxalifətin mitinqinə qatılan aktyorlardan danışdı: "Təəssüfləndirici haldır" - 17 Oktyabr 2017, 16:50
Sevgilisini qətlə yetirən Aygül: Dəhlizdə saçımdan tutub saxladı... - 17 Oktyabr 2017, 16:40
Nəsimi rayonunda 18 oktyabr - Dövlət müstəqilliyi günü münasibətilə tədbir keçirilib - 17 Oktyabr 2017, 16:35
Sabiq icra başçısının oğlu vəfat etdi - 17 Oktyabr 2017, 16:25
FHN əsgəri özünü bıçaqladı - 17 Oktyabr 2017, 16:11
Azərbaycanda avtomobil yollarında təhlükə - Getdiyiniz yerdə sürüşə bilərsiniz - RƏSMİ - 17 Oktyabr 2017, 16:08
Vəzifəsindən azad olunan imam QMİ-nin əmrinə tabe olmur - 17 Oktyabr 2017, 15:56
Xızıda silah anbarındakı partlayışla bağlı AÇIQLAMA - 17 Oktyabr 2017, 15:56
Güzəştli mənzil satışı ilin sonuna kimi başlanıla bilər - 17 Oktyabr 2017, 15:25
"Xaricdən təklif olsa, pula baxmayıb gedəcəyəm" - Qara Qarayev - 17 Oktyabr 2017, 15:24
Sabiq deputatın oğlu DİN-i məhkəməyə verdi - 17 Oktyabr 2017, 15:06
"Bizim iki əsas problemimiz var, biri vergidir, digəri isə kinoteatrlar..." - Müsahibə - 17 Oktyabr 2017, 15:01
Azərbaycanlı kriminalın "oğru" adı özünə qaytarıldı - 17 Oktyabr 2017, 14:53
DİN-in mətbuat xidmətinin regional bölmələri fəaliyyətə başlayıb - 17 Oktyabr 2017, 14:51
“Marca” “Qarabağ”dan yazdı: “Evsiz çempion” - 17 Oktyabr 2017, 14:27
Qənirə Paşayeva “Ortadoğuda Türklüyün sıcak gündemi” adlı konfrans verib - 17 Oktyabr 2017, 14:12
Leyla Əliyeva müraciət etdi: Onlara kömək edək - 17 Oktyabr 2017, 14:06
Ana iki oğlunu sobada bişirib, öldürdü - 17 Oktyabr 2017, 14:01
"Türkiyə Dağlıq Qarabağa qanunsuz səfər edən vətəndaşları ilə bağlı məsələyə diqqət yetirməlidir" - 17 Oktyabr 2017, 13:38
"Bozbaş"ın "Qılman hoca"sı: "5 il kloun işləmişəm" - 17 Oktyabr 2017, 13:34
Deputat oğlunu özünə müavin təyin etdi - 17 Oktyabr 2017, 13:27
Bakıda intihar edən müəllimin - FOTOSU - 17 Oktyabr 2017, 13:20
Elarizlə Mehriban Xanlarova sevgili olub: "Ona vurulmuşdum" - 17 Oktyabr 2017, 13:16
"Azərbaycanın ən parlaq ulduzu" bu 3 məşhurdan biri olacaq - 17 Oktyabr 2017, 13:11
BNA “Qarabağ” -“Atletiko Madrid” oyunu ilə bağlı azarkeşlərə səsləndi - 17 Oktyabr 2017, 12:59
"Maşını" tərk edən iştirakçı: “Mübarizə apardıqca batırdım” - 17 Oktyabr 2017, 12:51
“Cinsi azlıq virusunu Azərbaycanda yaymaq istəyirlər” - Fazil Mustafa - 17 Oktyabr 2017, 12:50
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10