18:52 çərşənbə Axşamı, 17 Sentyabr 2019
GƏNCLİK

Gənclər Fondunun müsabiqəsinin qalibləri Hikmət Hacıyev ilə görüşüb

13:05, 06.09.20193390
Gənclər Fondunun müsabiqəsinin qalibləri Hikmət Hacıyev ilə görüşüb
 Gənclər Fondunun müsabiqəsinin qalibləri Hikmət Hacıyev ilə görüşüb
 
AZXEBER.COM xəbər verir ki, 5 sentyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi "Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi” müsabiqəsinin qalibləri Azərbaycan Respublikası Prezidenti Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin və Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovun iştirakı ilə görüş keçirilib.
 
Görüş zamanı ölkəmizin xarici siyasəti, turizm, nəqliyyat, ticarət sahəsində yürütdüyü siyasətlə bağlı gənclərin suallarını cavablandıran Hikmət Hacıyev qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası dövlət quruculuğunun bütün istiqamətlərdə, o cümlədən xarici siyasət sahəsində ciddi uğurlara imza atıb: "Azərbaycan Respublikası sözün əsl mənasında müstəqil xarici siyasət yürüdən ölkədir. Bu müstəqil siyasətin əsasını Azərbaycanın milli maraqları və ölkə vətəndaşlarının mənafeyinin qorunması təşkil edir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu strategiya tarixi təcrübəni, geosiyasi reallıqları nəzərə alaraq, çoxistiqamətli və tarazlaşdırılmış əsasda praqmatik və realist prinsiplərlə həyata keçirilir. H.Hacıyev əlavə edib ki, gərgin və nizamsız beynəlxalq münasibətlər şəraitində ölkəmiz beynəlxalq hüququn norma və prinsipləri əsasında xarici siyasət yürüdərək, heç bir dövlətin daxili işlərinə qarışmır və özünün də daxili işlərinə qarışmağa heç bir dairəyə imkan vermir.”
XƏBƏR LENTİ