05:09 Bazar Ertəsi, 19 Noyabr 2018
GƏNCLİK

Gənclər Fondunun rəhbərliyi gənclər təşkilatları ilə görüş keçirdi

13:14, 20.09.20183298
Gənclər Fondunun rəhbərliyi gənclər təşkilatları ilə görüş keçirdi
Azərbaycan Respublikasının Gənclər Fondu 18 sentyabr 2018-ci il tarixində Bakı şəhərində fəaliyyət göstərən gənclər təşkilatları ilə görüş keçirib.

AZXEBER.COM xəbər verir ki, Bakı Konqres Mərkəzində təşkil edilən görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  müvafiq fərmanları əsasında təsdiq olunmuş Gənclər Fondunun Nizamnaməsi ilə gənclər təşkilatlarına təklif edilən imkanlar barədə geniş təqdimat keçirilmişdir. Bu sırada Fond tərəfindən gənclər təşkilatlarının layihələrinin qrant müsabiqələri və müsabiqədən kənar maliyyələşdirilməsi, gənclər təşkilatlarının və gənclər evlərinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində müraciətlərinin, gənclərin və gənclər təşkilatlarının beynəlxalq tədbirlərdə iştirakının maliyyələşdirilməsi və digər imkanlar barədə gənclər təşkilatlarına ətraflı məlumat təqdim olunmuşdur.

Gənclər Fondunun fəaliyyətinin əsas məqsədi gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək, həmin sahədə müxtəlif tədbirlərin təşkilində, habelə gənclərə maliyyə köməyi nəzərdə tutan layihələri dəstəkləməkdən ibarətdir.

Tədbirin gedişində, həmçinin Gənclər Fondu tərəfindən elan edilmiş 11-ci qrant müsabiqəsi barədə müzakirələr aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Xatırladaq ki, Azərbaycan Respublikasının Gənclər Fondu 18-29 yaşlı gəncləri və gənclər təşkilatlarını 11-ci qrant müsabiqəsində iştirak etmək üçün "A”, "B” və "C” kateqoriyaları üzrə layihə təkliflərini təqdim etməyə dəvət edir. Layihə təklifləri 23 sentyabr 2018-ci il tarixinədək Gənclər Fondunun rəsmi internet səhifəsi (www.youthfoundation.az) vasitəsi ilə qəbul olunacaqdır.

 

 

 

 

XƏBƏR LENTİ