00:30 şənbə, 24 Fevral 2018
SOSİAL

Gənclər təşkilatı Aran regionunda intellektual birinciliyə start verdi

15:44, 18.08.2017552
Gənclər təşkilatı Aran regionunda intellektual birinciliyə start verdi

Gənclər üçün Təhsil Mərkəzi Aran regional ofisi və Şirvan şəhər Gənclər və İdman İdarəsinin birgə tərəfdaşlığı ilə Şirvan şəhərində tələbə-gənclər arasında "Vətənini tanı” adlı intellektual bilik yarışı təşkil olunub.

Gənclər üçün Təhsil Mərkəzindən bildiriblər ki, yarışda 14 komanda olmaqla, 60 gənc mübarizə aparıb. Yarışın əsas məqsədi gənclərin intellektual səviyyəsinin yüksəlməsinə şərait yaratmaq, istedadlı gəncləri üzə çıxarmaq, onların milli mənəvi dəyərlərimiz və tariximiz haqqında daha geniş biliklərə sahib olmalarına kömək göstərməkdir.

18 saylı məktəb liseydə keçirilən açılış mərasimində çıxış edən Gənclər üçün Təhsil Mərkəzinin Aran regional ofisinin rəhbəri Yusif Poladov ölkədə aparılan gənclər siyasətinin hədəflərini, gənclər təşkilatlarının və gənclərin bu siyasətin həyata keçirilməsində fəal iştirakını, onların hərtərəfli inkişafı üçün zəruri şəraitin yaradıldığını diqqətə çatdırıb.

Şirvan şəhər Gənclər və İdman İdarəsinin rəisi Azər Quliyev çıxış edərək gəncləri salamlayıb və yarışın əhəmiyyətini qeyd edərək, gənclərimizin yüksək intellektə və biliyə sahib olduqlarını diqqətə çatdırıb.

Tədbirinin maderatoruluğu Şirvan şəhər Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Əfqan Həsənova həvalə edilib.

Daha sonra komandaların iştirakı ilə yarış başlayıb. Gərgin gedən final görüşündə 5 ən güclü intellektə sahib olan komanda arasında mübarizədə "TURAN” komandası 1-ci, "VEZUVI” komandası 2-ci, "RA RA RASPUTIN” komandası 3-cü yerə layiq görülüb.

Qalib komandalar diplom və hədiyyələrlə mükafatlandırılıblar.

0
XƏBƏR LENTİ