15:19 şənbə, 15 Dekabr 2018
GƏNCLİK

Gənclər təşkilatı "İdeya Planlama Xidməti"-nə start verdi

15:20, 04.12.20182322
Gənclər təşkilatı
Gənclər üçün Təhsil Mərkəzinin Gəncə Regional Ofisi qərb regionunda "İdeya  Planlama Xidməti"nin ilk təlimlərinə başlayıb. 
 
AZXEBER.COM xəbər verir ki, "İdeya Planlama Xidməti"nin təlim kursları çərçivəsində gənclərə şəxsi inkişaf,layihələrin yazılışı, biznesin idarəetməsi, marketinq, əməyin mühafizəsi və s. mövzular tədris olunacaq.

Bu gündən başlayan ilk təlim  "Layihələrin yazılışı və idarəolunması " mövzusu üzrə nəzəri biliklərin gənclər tərəfindən daha yaxşı qavranılması üçün "tətbiq edərək öyrənmək" texnikalarından istifadə edilib. Qrup məşğələləri formatında davam edən təlim "Gəncə 2016 Avropa Gənclər Paytaxtı” –nın könüllülər  üzrə koordinatoru Mobil Qarayev tərəfindən keçirilmişdir.

Növbəti təlimləri regionun aparıcı sahibkarları və peşəkar ekspertlərin keçirməsi nəzərdə tutulub.

Qeyd edək ki, gənclərin ideyalarının  reallaşdırılmasına  hesablanan bu təlimlərin sonunda iştirakçıların məlumat bazası yaradılacaq və onlar üçün əmək yarmarkaları təşkil ediləcək.

 

 

 



XƏBƏR LENTİ