10:54 Bazar Günü, 21 Yanvar 2018
GƏNCLİK

Gənclər təşkilatı iqlim dəyişikliyinə qarşı kampaniyaya start verir

14:47, 21.04.2017329
Gənclər təşkilatı iqlim dəyişikliyinə qarşı kampaniyaya start verir
Gənclər təşkilatı iqlim dəyişikliyinə qarşı kampaniyaya start verir
 
«Gənc Novatorlar» Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə ""Gənclər iqlim dəyişikliyinə qarşı” maarifləndirmə kampaniyası” adlı layhənin icrasına başlayıb. Layihə çərçivəsində iqlim dəyişikliyi probleminin aktuallığını üzə çxaran və bu problemin həlli üçün insanların, o cümlədən gənclərin səfərbər olunmasının zəruriliyini diqqətə çatdıran sosial çarxın çəkilişi planlaşdırılır. Sosial çarxın çəkilişi üçün prodakşn şirkətlərlə danışıqlar aparılır. Eyni zamanda sosial çarxın ssenari üzərində iş aparılır. Ssenari hazır olduqdan və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xüsusi Ekspert qrupunun rəyi alındıqdan sonra çəkilişlərə başlanması nəzərdə tutulur. Sosial çarx çəkildikdən sonra onun yerli və beynəlxalq təşkilatların ekspertlərinin, dövlət və ictimai qurumların nümayəndələri və gənclərin iştirakı ilə təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.
0
XƏBƏR LENTİ