07:35 çərşənbə Axşamı, 25 Sentyabr 2018
GƏNCLİK

Gənclər təşkilatı “Şanlı Bayraq” Twitter aksiyasına start verdi

13:13, 08.11.2017510
Gənclər təşkilatı “Şanlı Bayraq” Twitter aksiyasına start verdi

Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibətilə Gənclər üçün Təhsil Mərkəzinin təşkil etdiyi "Şanlı Bayraq" "Twitter" aksiyasına start verilmişdir .

AZXEBER.COM xəbər verir ki, mərkəzin baş katibi Gülnar Xəlilovanın verdiyi məlumata görə, internet aksiya əsasən "Twitter” sosial şəbəkəsində keçirilərək və 8-9 noyabr tarixlərini əhatə edəcək. Bütün təbliğat işi #9novemberourproudday #ourflag həştəqləri ilə aparılacaq.

Aksiyanın məqsədi Azərbaycan gəncliyi adından dünya ictimaiyyətinə, xüsusilə də ali təhsil ocaqlarına və beynəlxalq təşkilatlara şərqin ilk parlament respublikası olan ölkəmizin qədim dövlətçilik, demokratik ənənələri ilə bağlı həqiqətləri çatdırmaqdır.

Bununla bərabər gənclər ərazi bütövlüyümüzün və müstəqilliyimizin tarixi həqiqətlərinə həsr olunmuş məqalə, foto, bəyanat və digər materialları internet vasitəsilə dünyanın müxtəlif nöqtələrinə, ali təhsil ocaqlarına, beynəlxalq təşkilatların elektron ünvanlarına, populyar internet resurslarına, əcnəbi qəzet və jurnallara göndərəcəklər.

Aksiyada istifadə etmək üçün ingilis,fransız ,rus dilində materiallar hazırlanıb və təbliğat zamanı onlardan istifadə olunacaq.

XƏBƏR LENTİ