09:24 şənbə, 16 Dekabr 2017
GƏNCLİK

Gənclər təşkilatı “Uşaq hüquqları aylığı “ çərçivəsində Şirvanda görüş keçirdi

13:50, 15.11.2017158
Gənclər təşkilatı “Uşaq hüquqları aylığı “ çərçivəsində Şirvanda görüş keçirdi

Şirvan şəhərində Gənclər üçün Təhsil Mərkəzi Aran regional ofisinin və Şirvan şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Uşaq Hüquqlarını Qoruyaq” adlı tədbir keçirilmişdir.

 

AZXEBER.COM xəbər verir ki, Gənclər üçün Təhsil Mərkəzi (GTM) Aran regional ofisinin rəhbəri Yusif Poladov bildirdi ki, Son illər bu sahənin fəaliyyətini tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə ardıcıl işlər aparılır, Respublikamız uşaq hüquqlarının təminatı ilə bağlı bir sıra beynəlxalq sazişlərə, konvensiyalara qoşulur. Yusif Poladov tədbir iştirakçılarını GTM və Unicef-in birgə həyata keçirdiyi "Uşaqlar üçün ədliyyə” layihəsi barəsində geniş məlumatlandıraraq son 1 il ərzində görülən işlərdən danışdı.

 

Şirvan şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aynur Fərzəliyeva çıxışında uşaqların hüquqlarına həsr olunan bu kimi tədbirlərin keçirilməsinin vacibliyi qeyd edərək ,uşaqların hüquqlarının qorunması, onlarin yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, onların şəxsiyyət kimi formalaşmasını dövlət siyasətinin prioritet istiqaməti olduğunu bildirmişdir.

 

Daha sonra çıxış edən Şirvan şəhər İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rafail Nəsirov uşaqlara fikir, vicdan, din azadlığına, rəyini ifadə etmək, şəxsi həyat hüququnun müdafiə olunmasına, laqeyd rəftar hallarından qorunmaq, fiziki, əqli, mənəvi, əxlaqi, sosial inkişafı üçün hüquqları haqqında məruzə etmişdir.Sonra tədbir uşaqları maraqlandıran sualların cavablandırılması istiqamətində davam etmişdir.


0
XƏBƏR LENTİ