01:59 Bazar Ertəsi, 17 Dekabr 2018
GƏNCLİK

Gənclər təşkilatı “Uşaq və yeniyetmələr üçün minimum sosial xidmət modeli” layihəsinin koordinasiya görüşünü keçirdi

14:25, 27.09.20183865
Gənclər təşkilatı “Uşaq və yeniyetmələr üçün minimum sosial xidmət modeli” layihəsinin koordinasiya görüşünü keçirdi
Gənclər üçün Təhsil Mərkəzi Aran Regional ofisinin təşəbbüsü ilə Şirvan şəhər İcra Hakimiyyəti və Unicef-in birgə təşkilatçılığı ilə Şirvan Gənclər evində "Uşaq və yeniyetmələr üçün minimum sosial xidmət modeli” layihəsinin koordinasiya qrupunun görüşü keçirilmişdir. 
 
AZXEBER.COM xəbər verir ki, ümumilikdə bir il davam edəcək layihənin məqsədi uşaqlar və ailələr ilə sosial işin təşkili və əlaqələndirmə mexanizminin qurulması, inkişaf geriliyi və əlilliyi olan uşaqlar üçün  inkluziv strategiyaya uyğun  əsaslı sosial xidmətlərin təşkili, qanunla ziddiyyətdə olan, zorakılığa məruz qalan uşaqların sosial reabilitasiyası, təhsil,asudə vaxt və mədəni fəaliyyətinin təmin edilməsi, mülki hüquq və azadlıqlarının təmin olunması, regionda uşaqların ən ümdə maraqlarının təmin olunmasıdır . 

Görüşün moderatoru Gənclər üçün Təhsil Mərkəzinin Aran regional ofisinin rəhbəri Yusif Poladov çıxış edərək Mərkəzin son iki ildə bu istiqamətdə həyata keçirilən fəaliyyət planı , sosial işin və sosial xidmətin təlimatları barədə tədbir iştirakçılarını məlumatlandırdı. 

Görüşdə koordinasiya qrupunun üzvləri olan Şirvan şəhər İcra Hakimiyyəti, Polis şöbəsinin,  Mərkəzi Xəstəxananın, Şirvan şəhər Dövlət Sosial Müdafiə Fondunun, Təhsil şöbəsinin əməkdaşları, Unicef Azərbaycan ofisinin əməkdaşı iştirak etmişdir . Koordinasiya qrupunun görüşündə  uşaq müdafiəsi sistemində ailələr və uşaqlarla sosial işin təşkili sahəsində müzakirələr aparıldı.
 

 


XƏBƏR LENTİ