22:08 Cümə Axşamı, 21 Iyun 2018
GƏNCLİK

Gənclər təşkilatının 5 dildə “Twitter” aksiyası trend oldu - Foto

12:02, 10.11.2017475
Gənclər təşkilatının 5 dildə “Twitter” aksiyası trend oldu - Foto

Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibətilə Gənclər üçün Təhsil Mərkəzinin təşkil etdiyi "Şanlı Bayraq" "Twitter" aksiyasında kütləvilik qeydə alınıb.

AZXEBER.COM xəbər verir ki, mərkəzin baş katibi Gülnar Xəlilovanın verdiyi məlumata görə, internet aksiya əsasən "Twitter” sosial şəbəkəsində keçirilib və 8-9 Noyabr tarixlərini əhatə edib. Bütün təbliğat işi #9novemberourproudday #GTMECY həştəqləri ilə aparılıb.

Aksiyanın məqsədi Azərbaycan gəncliyi adından dünya ictimaiyyətinə, xüsusilə də ali təhsil ocaqlarına və beynəlxalq təşkilatlara şərqin ilk parlament respublikası olan ölkəmizin qədim dövlətçilik, demokratik ənənələri ilə bağlı həqiqətləri çatdırmaqdır. Mərkəzin Bakı və digər regional ofislərində təşkil olunmuş aksiyada "Analytics.twitter", "Hashtracking", "Trendsmap" metrikslərinin göstəricilərinə görə ümumilikdə 29103 "tweet” paylaşılıb.

Bununla bərabər gənclər ərazi bütövlüyümüzün və müstəqilliyimizin tarixi həqiqətlərinə həsr olunmuş məqalə, foto, bəyanat və digər materialları internet vasitəsilə dünyanın müxtəlif nöqtələrinə, ali təhsil ocaqlarına, beynəlxalq təşkilatların elektron ünvanlarına, populyar internet resurslarına, əcnəbi qəzet və jurnallara göndərəcəklər.

Aksiyada istifadə etmək üçün İngilis,Fransız ,Rus,Alman,Türk,Azərbaycan dillərində materiallar hazırlanıb və təbliğat zamanı onlardan istifadə olunub.


XƏBƏR LENTİ