09:38 Bazar Günü, 15 Dekabr 2019
GƏNCLİK

Gənclər təşkilatları əməkdaşlıq memorandumu imzaladı

16:18, 22.02.20192459
Gənclər təşkilatları əməkdaşlıq memorandumu imzaladı
Gənclər üçün Təhsil Mərkəzi və "Aqrar İnkişaf Könüllüləri” Təşkilatı arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Memorandumun məqsədi birgə fəaliyyət çərçivəsində regionlarda maarifləndirici tədbirlərin keçirilməsi, mövcud resursların istifadəsinin səmərəliliyini artırmaqdır.

AZXEBER.COM xəbər verir ki, tədbirdə çıxış edən Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə rəhbərlik etdiyi təşkilatın regional ofislərində Aqrar könüllüləri ilə birgə fəaliyyətə başladıqlarını vurğulayaraq yaxın müddətdə bu istiqamətdə regional forumların həyata keçiriləcəyini bildirmişdir. Qeyd etmişdir ki, gənclərə daha faydalı olmaq üçün ümumrespublika gənclər təşkilatları olaraq bütün səylərimizi birləşdirməliyik.

"Aqrar İnkişaf Könüllüləri” Təşkilatının rəhbəri Sarvan Cəbrayılzadə bildirmişdir ki, bizlər bugünümüz üçün yox, həm də sabahımız üçün yaşamalıyıq, bizdən sonrakı nəsillərə hər addımımızla nümunə olmalıyıq. Bizlər də bu yolda müxtəlif dəyərləri daha böyük əzmlə daşıya bilmək üçün hər zaman tərəfdaşlığa, əməkdaşlığa hazırıq. Bu gün, Gənclər üçün Təhsil Mərkəzi və "Aqrar İnkişaf Könüllüləri" təşkilatı arasında bağlanmış əməkdaşlığa dair memorandum da bu qəbildəndir.

Memorandum "Aqrar İnkişaf Könüllüləri" Təşkilatının sədri Sarvan Cəbrayılzadə və Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə tərəfindən imzalanmışdır.
 

 


XƏBƏR LENTİ