18:31 çərşənbə Axşamı, 21 Avqust 2018
GƏNCLİK

Gənclər üçün Təhsil Mərkəzi “Möhtəşəm Yüz İl” “Twitter” aksiyası keçirib

17:07, 29.05.20186508
Gənclər üçün Təhsil Mərkəzi “Möhtəşəm Yüz İl” “Twitter” aksiyası keçirib
Gənclər üçün Təhsil Mərkəzinin "Möhtəşəm Yüz il ” "Twitter” aksiyası kütləviliyi ilə seçilib

Mərkəzin baş katibi Gülnar Xəlilovanın  verdiyi məlumata görə, internet aksiya əsasən "Twitter” sosial şəbəkəsində keçirilib və 27-29 may tarixlərini əhatə edib. Bütün təbliğat işi  #möhtəşəmyüzil #themagnificenthundredyear həştəqləri ilə aparılıb.

Aksiyanın məqsədi Azərbaycan gəncliyi adından dünya ictimaiyyətinə, xüsusilə də ali təhsil ocaqlarına və beynəlxalq təşkilatlara şərqin ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin qədim dövlətçilik, demokratik ənənələri ilə bağlı həqiqətləri çatdırmaq olub.

Mərkəzin Bakı və digər regional ofislərində təşkil olunan aksiyada "Tremdsmap”, "Hashtracking” metrikslərinin göstəricilərinə görə ümumilikdə 8000 "tweet” paylaşmış , 1 277000 dən çox potensial təsir yaratmışdır. Bununla bərabər gənclər ərazi bütövlüyümüzün və müstəqilliyimizin tarixi həqiqətlərinə həsr olunmuş məqalə, foto, bəyanat və digər materialları internet vasitəsilə dünyanın müxtəlif nöqtələrinə,  beynəlxalq təşkilatların elektron ünvanlarına, populyar internet resurslarına, əcnəbi qəzet və jurnallara göndəriblər.

Aksiyada istifadə etmək üçün ingilis dilində materiallar hazırlanıb və təbliğat zamanı onlardan istifadə olunub.
 

 

 


XƏBƏR LENTİ