“Gəncləri” yola salmaq lazımdır

“Gəncləri” yola salmaq lazımdır
KÖŞƏ
13:57 19.02.2019
4350
Azər Həsrət

Dedilər ki, qanunlar dəyişir. Qəbul edilərsə, bundan sonra yaşı 35-i keçmiş şəxslər gənclər təşkilatlarında yüksək vəzifə tuta bilməyəcək. Məncə, yaxşıdır. Özü də bunu çoxdan etmək lazım idi. Çünki 40-50 yaşında insanların gənclər təşkilatlarında vəzifə sahibi olması doğrudan da məntiqli və anlaşılan deyil.

Qəbul ediləcək qanunla bağlı mən də fikrimi bildirmişəm. Lakin məndən fərqli mövqedə olanlar da az deyil. Hətta bir qrup "gənc” Prezidentə müraciət edib bu dəyişikliyin olmaması üçün yardım istəyəcəyini də bəyan etmişdi. Belə anlaşılır ki, o "gənclər” ömürlərinin sonuna qədər gənclər təşkilatında vəzifədə qalmağı düşünürlər. Bəs onda ardımızca gələn gənclərə yolu kim açacaq? Bəs onda parlamentdə oturan yaşlı insanlara niyə irad tuturuq? Yaxud da niyə yaşlı nazirləri qınayırıq? Qınayırıq ki, gənclərin önünü kəsirlər. Çəkilib getsəydilər gənclər də öz potensiallarını gerçəkləşdirmək üçün meydan qazanardılar…

Dostlar, tutulan vəzifədən vaxtında çəkilməyi indidən öyrənmək lazımdır, indidən. Yoxsa sabah hansısa dövlət vəzifəsində olsanız kimsə sizi ordan qopara bilməyəcək. Çünki kresloya elə bağlanacaqsınız ki…

Mən də bir vaxtlar gənclər təşkilatı fəaliyyətilə məşğul olmuşam. Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatında vəzifədə olmuşam. Lakin sonrakı mərhələdə "yaşlandım”, ümumiyyətlə gənclər fəaliyyətilə məşğul olmadım. Bununla belə, qurduğum və başçılıq etdiyim bir neçə QHT-nin sədrliyindən könüllü istefa vermişəm. Səbəb də bu olub ki, eyni vəzifəni uzun illər tutmağım doğru deyil, arxamca gələnlərə də şans verməyim lazımdır.

1997-ci ildə qurduğumuz və sədri olduğum Jurnalistlərin Həmkarlar İttifaqından 2002-ci ildə istefa vermişdim. Öz yerimə müvəqqəti olaraq müavinim Müşfiq Ələsgərlini təyin etmişdik, sonrakı mərhələdə sədr seçildi və bu günə qədər də sədrlik edir. Özü də uğurlu bir şəkildə. Yəni mənim təşkilatdan uzaqlaşmağım onun məhvinə səbəb olmadı.

2003-cü ildə Azərbaycan Mətbuat Şurası qurulanda İdarə Heyətinə seçilən ilk 15 nəfərdən biri idim. 2005-ci ildə könüllü şəkildə o qurumdan da getdim. Yerim boş qalmadı, əksinə, yeni insanlar ortaya çıxdı və o yeri layiqincə doldurdular.

2018-ci ildə isə şəxsi ideyam olan Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədrliyindən istefa verdim. Ümumi yığıncaq o vəzifəyə təşkilatda mavinim olmuş Nadir Azərini seçdi və o da işinin öhdəsindən gəlir. Şəxsən mən düşünürəm ki, Nadir bəy dostumuz da Müşfiq Ələsgərli kimi uğurlu bir təşkilat sədri olacaq.

Hə, bir də belə bir əhvalat var: 2016-cı ildə Strasburqda (Fransa) Avropa Şurası Parlament Assambleyasının böyük zalında dünyanın hər tərəfindən gəlmiş 2 minədək iştirakçının müzakirə etdiyi gənclər məsələsinə münasibət bildirmişdim. Orda da hamı deyirdi ki, parlamentdə, dövlət qulluğunda gənclərə yol açmaq lazımdır. Mən də söz alıb çıxış etdim və zala sual verdim ki, burda bu məsələdən danışanların neçəsi öz vəzifəsindən imtina edib onu gənclərə verib? Çıxışımın belə bitməsi zaldakı gənclər ordusunun alqışlarıyla dəyərləndirildi. Orda da demək istəyirdim ki, gənclərə yol açmaq lazımdır. Hətta bunun üçün vəzifəmizdən çəkilməli olsaq belə. Şəxsən mən belə edirəm və bundan sonra da edəcəyəm.

İndi demək istədiyim odur ki, bizim "gənclər” də vəzifədən vaxtı çatanda könüllü getməyə alışmalıdırlar. Lakin anlaşılır ki, alışa bilməyiblər. Ona görə də dövlət məcbur qalıb özü addım atmaq istəyir. Bunlar da narahat olublar ki, vəzifələri əllərindən çıxacaq.

"Gənc” dostlar, cənab Prezidentə müraciət filan etməyin. Hətta deyərdim ki, gənclik yaşını arxada qoymusunuzsa, qanun filan gözləmədən özünüz istefa verin, yeni, fərqli və daha bir pillə yüksək məşğuliyyət seçin. Əgər sizin doğrudan da üstün qabiliyyət və bacarığınız varsa, özünüzü yeni məşğuliyyətdə də təsdiq edəcəksiniz. Hə, əgər "mən gənclər təşkilatından çıxsam bataram” deyə düşünürsünüzsə, buna da qarışa bilmərəm. Lakin bu halda da vəzifənizdə qalmağınız uyğunsuz olar. Çünki yaxşı örnək təşkil etmədiyiniz göz önündədir zatən. Özünə güvənənlər bu qanun dəyişikliyindən qorxmamalıdır…
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan millisi Avropa Qızıl Liqasına hazırlığı ölkə xaricində davam etdirəcək
13:03 09.05.2025
Azərbaycan millisi Avropa Qızıl Liqasına hazırlığı ölkə xaricində davam etdirəcək
Lənkəranda “Gənclərin Peşə Bələdçisi” düşərgəsi keçirilir - FOTO
12:40 09.05.2025
Lənkəranda “Gənclərin Peşə Bələdçisi” düşərgəsi keçirilir - FOTO
Sabahın hava proqnozu açıqlandı
12:26 09.05.2025
Sabahın hava proqnozu açıqlandı
Təcili yardım təyyarəsi qəza etdi: 6 nəfər həlak oldu
12:12 09.05.2025
Təcili yardım təyyarəsi qəza etdi: 6 nəfər həlak oldu
İranın XİN rəhbəri Ər-Riyad və Dohaya səfər edəcək
11:52 09.05.2025
İranın XİN rəhbəri Ər-Riyad və Dohaya səfər edəcək
AYNA: İctimai nəqliyyatda gediş haqqının QR ödənilməsində yaranan çətinliklər aradan qaldırılıb
11:35 09.05.2025
AYNA: İctimai nəqliyyatda gediş haqqının QR ödənilməsində yaranan çətinliklər aradan qaldırılıb
Paşinyan: Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq
11:24 09.05.2025
Paşinyan: Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq
Prezident İlham Əliyev Ekvadorun yenidən prezidenti seçilən Daniel Noboa Azini təbrik edib
11:15 09.05.2025
Prezident İlham Əliyev Ekvadorun yenidən prezidenti seçilən Daniel Noboa Azini təbrik edib
Prezident İlham Əliyev yeni seçilən Roma Papasını təbrik edib
10:52 09.05.2025
Prezident İlham Əliyev yeni seçilən Roma Papasını təbrik edib
Ötən gün 48 kiloqramdan çox narkotik vasitə aşkar olunub
10:49 09.05.2025
Ötən gün 48 kiloqramdan çox narkotik vasitə aşkar olunub
Beyləqan sakini elektrik dirəyindən yıxılaraq ölüb
10:36 09.05.2025
Beyləqan sakini elektrik dirəyindən yıxılaraq ölüb
Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:26 09.05.2025
Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Azərbaycanda bəzi çaylarda sululuq artıb
10:20 09.05.2025
Azərbaycanda bəzi çaylarda sululuq artıb
Prezident və xanımı İkinci Dünya Müharibəsində həlak olan azərbaycanlıların xatirəsini anıblar
10:01 09.05.2025
Prezident və xanımı İkinci Dünya Müharibəsində həlak olan azərbaycanlıların xatirəsini anıblar
Günün şanslı bürcü hansılardır?
10:00 09.05.2025
Günün şanslı bürcü hansılardır?
Prezident və birinci xanım Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər
09:46 09.05.2025
Prezident və birinci xanım Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər