17:01 Bazar Ertəsi, 24 Sentyabr 2018
İDMAN

Gimnastımız Avropa çempionu oldu

21:36, 15.04.20183001
Gimnastımız Avropa çempionu oldu
Milli Gimnastika Arenasında keçirilən batut, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatında Azərbaycan millisinin üzvü Mixail Malkin qızıl medal qazanıb.

Tamblinq yarışında 77,400 bal toplayan idmançımız bütün rəqiblərini qabaqlayaraq Avropa çempionu olub.

İkinci yerdə danimarkalı Adam Mathiesen, üçüncü yerdə isə rusiyalı Vadim Afanasyev qərarlaşıblar.
///Bakupost.az

XƏBƏR LENTİ