17:27 Cümə Axşamı, 15 Noyabr 2018
HADİSƏ

"Gül Vüqar"ı öldürənə 18 il cəza kəsildi

15:43, 16.10.20181851

Gül mağazalarının sahibini öldürməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş müdirini öldürməkdə təqsirləndirilən Vüsal Novruzovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hhökm oxunub.

Hökmə əsasən V.Novruzov 18 il müddətinə azadlıqdan məhrum edilib.

İttihamda görə, Vüsal çalışdığı mağazanın sahibi Vüqar Quliyevə qisas məqsədi ilə öldürüb. Belə ki, Vüsal mağazaya gələrək maşınını bəzətdirmək istəyən müştəriyə xidmət göstərməyib.

Mağaza sahibi Vüqar işçisi Vüsala "borzuluq eləmə" deyərək iradını bildirib. Vüsal işdən çıxdıqdan sonra keçmiş müdirinə zəng edib və görüş təyin edib. Mağazanın qarşısına gəlib və müdirinə deyib ki, mənə "borzu" deyərək səhv elədin. İttihamda göstərilir ki, Vüqar Quliyev dediyi sözdə israr etdiyinə görə Vüsal tərəfindən bıçaqlanıb. Vüsal Vüqarın qarın nahiyyəsinə 1 bıçaq zərbəsi endirib.

Vüsala Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə adam öldürmə və qanunsuz olaraq soyuq silah saxlama maddələri ittiham irəli sürülüb

Elan olunmuş ittihamla Vüsal Novruzov özünü təqsirli bilməyib. Deyib ki, Vüqarı öldürmək niyyəti olmayıb. Hadisə baş verdiyinə görə də özünü qəsdən adam öldürmə maddəsi ilə təqsirli bilib.

Hadisə bu il may ayının 24-də baş verib. Sumqayıt şəhər sakini 1979-cu il təvəllüdlü Quliyev Vüqar Ənvər oğlu öz işçisi Vüsal Novruzov tərəfindən bıçaqlanıb. Vüqar Quliyev Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Amma onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə mərhum Vüqar Quliyev Sumqayıtda gül biznesi ilə məşğul imiş və onun şəhərin bir neçə yerində gül dükanı olub. O, Sumqayıtda "Gül Vüqar” kimi tanınıb.

musavat.com
XƏBƏR LENTİ