19:17 Cümə, 14 Dekabr 2018
SİYASƏT

Gültəkin Hacıbəylinin iki fərqli "üzü" VİDEOFAKTla: 10 il öncə İlham Əliyevçi, 10 il sonra Əli Kərimliçi

13:50, 10.03.20187704
Gültəkin Hacıbəylinin iki fərqli

Bu gün saat 15:00-ə təyin olunan və "Məhsul” stadionunda baş tutması gözlənilən mitinq öncəsi bəzi müxalifət fəallarının sosial şəbəkələrdə paylaşdıqları statuslar sözügedən düşərdə növbəti fikir ayrılıqlarının olduğunu deməyə əsas verir. 

 

AZXEBER.COM xəbər verir ki, mitinqlə bağlı artıq sosial şəbəkələrdə müxtəlif etirazlar öz əksini tapmaqdadır. REAL hərəkatının Milli Şuranın mitinqinə qoşulmaması ilə yanaşı, keçmiş iki deputatın (red: Cəmil Həsənli, Gültəkin Hacıbəyli) siyasi riyakarlığı əsas müzakirələrə səbəb olub. 

  

Paylaşımlar arasında ən çox diqqəti çəkən  Milli Şuranın Beynəlxalq əlaqələr komissiyasının sədri, sabiq millət vəkili Gültəkin Hacıbəylinin 10 il öncə prezident İlham Əliyevin seçki kampaniyasındakı çıxışı olub. Keçmiş deputat bu çıxışında Azərbaycan xalqını İlham Əliyevə səs verməyə çağırır və siyasi müxalifətin məhvə məhkum olduğunu qeyd edir. Çıxışn davamında isə G.Hacəbəylinin 10 ilsonra "Məhsul" stadionunda xalqı Əli Kərimliyə dəstək olmağa çağırması öz əksini tapıb. 

 

Siyasi riyakarlığın əks olunduğu görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən kəskin qınağa səbəb olub. Mandat sahibi olduğu zaman İlham Əliyev üçün səsləniş edən Gültəkin Hacıbəylinin, mandatsız qaldıqdan sonra hakimiyyətə qarşı səsləndirdiyi ittihamlar ironiya ilə qarşılanıb. 

 

Həmin görüntüləri təqdim edirik:

 

XƏBƏR LENTİ