01:15 Bazar Ertəsi, 19 Avqust 2019
Maqazin

Günay biznesmen sevgilisinə görə ağladı: “Ayrılmışıq”

17:37, 11.02.20194224
Günay biznesmen sevgilisinə görə ağladı: “Ayrılmışıq”
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva sevgilisi, iş adamı Taha Tatlıcandan ayrılıb.

Model bu barədə "Atv maqazin onlarla” proqramına danışıb.

O, səkkiz ay sevgi münasibəti yaşadığını, daha sonra karyerasına görə ayrıldığını etiraf edib.

"8 aydır  bərabər idik, yaxın günlərdə ayrılmışıq. 30 yaşımdan sonra ilk dəfə aşiq oldum. Çox gözəl bir eşq yaşadım. Çox gözəl hisslər idi. Həmişə düşünürdüm ki, övladım böyüyəndə məndən sevgi barədə soruşanda nə deyəcəm? Şükür ki, övladıma danışacağım gözəl bir hekayəm var. Paylaşdığım fotolar xoşbəxt anların xatirələri idi. Bir az uzaq qaldıq, çox çətindir” deyə, Günay bildirib.

Qeyd edək ki, aktyor Tolqa Karellə evli olub. Onun bu evlilikdən Cihangir adlı oğlu var.
 
///Axşam.az 
XƏBƏR LENTİ