00:11 çərşənbə Axşamı, 16 Iyul 2019
DÜNYA

Gürcü çoban amerikalı ailəni vəhşicəsinə öldürdü - Bu gün hökm oxunacaq

13:39, 27.03.20193263
Gürcü çoban amerikalı ailəni vəhşicəsinə öldürdü - Bu gün hökm oxunacaq
Gürcüstanın Qori şəhərinin andlı münsiflər məhkəməsi 19 yaşlı gürcüstanlı çoban Malhaz Kobaurini amerikalı turistlərdən ibarət bir ailəni öldürməkdə təqsirli bilib.

AZXEBER.COM Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

12 andlı münsifdən ibarət heyət dörd saat ərzində qapalı otaqda keçirdikləri məşvərətdən sonra çobanın əksər ittihamlar üzrə təqsirli olduğuna dair qərar çıxarıblar.

Yekun hökm və cəza müddəti martın 27-də - yəni bu gün keçiriləcək məhkəmə iclasında elan olunacaq.

İstintaqa əsasən, iyulun 4-də (2018) müttəhim Duşet rayonunun Hada adlı ərazisində amerikalı turistlər - Rayan Smit, onun həyat yoldaşı Lora Smit və dörd yaşlı oğlu Kelebi qarşılayıb.

Kobauri onları dərəyə apararaq, ov tüfəngi ilə əvvəl ailə başçısını, sonra oğlunu güllələyib. Daha sonra qadını zorlayaraq, onu suda boğub.

XƏBƏR LENTİ