20:41 Bazar Ertəsi, 20 May 2019
Maqazin

"Gürcü xəngəli 5, kofe və salat 30 dollardır" - Hüsniyyə bahaçılıqdan gileyləndi

12:47, 13.03.20192250
Aparıcı Hüsniyə Məhərrəmova "Eurovision 2019" mahnı müsabiqəsinin nümayəndə heyətinin rəhbərləri ilə görüşmək üçün Tel-Əvivə yollanıb. 

AZXEBER.COM-un məlumatına görə, aparıcı İsraildə hər şeyin baha olduğunu deyib. O, yemək üçün ödədiyi qiymətləri açıqlayıb:

"Tel-Əviv çox gözəldir: dəniz, isti hava, çimərlik, sörfinq sürən qəşəng oğlanlar. Bircə çox bahadır. Otelimizin yanında gürcü restoranı var. Bir ədəd gürcü xəngəli 5 dollardır. Bir badə çaxır 15 dollar. Bir salat və kofeyə 30 dollar ödədik. Amma buna baxmayaraq, çox gözəldir".

Qeyd edək ki, bu il ölkəmizi "Eurovision"da Çingiz Mustafayev təmsil edəcək.
XƏBƏR LENTİ