11:19 şənbə, 22 Sentyabr 2018
SOSİAL

Gürcüstana yarışa gedən idmançımız faciəvi şəkildə öldü

12:17, 09.09.20187551
Gürcüstana yarışa gedən idmançımız faciəvi şəkildə öldü
Tbilisidə II Avropa oyunlarına D kateqoriyalı lisenziya xarakterli yarışa yollanan sambo üzrə yığma komandanın üzvü Kərimov Yusif Arif oğlunu (23.03.1984) (52 kq) bir az əvvəl maşın vurub.

AZXEBER.COM Modern.az-a istinadən xəbər verir ki, idmancımız zərbənin təsirindən hadisə yerində dunyasını dəyişib.  Avtomobil Yusif Kərimovu səkinin üstündə dayanarkən vurub.

Hazırda Gürcüstan polisi hadisə ilə bağlı araşdırma aparır.

Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova məlumatı təsdiqləyib.

Məlumata görə, Azərbaycan tərəfi aidiyyati qurumlarla (Azərbaycanın Gürcüstandakı səfirliyi) idmançının cənazəsinin ölkəmizə gətirilməsi üçün tədbirlər görür.
XƏBƏR LENTİ