00:48 Bazar Ertəsi, 23 Sentyabr 2019
DÜNYA

Gürcüstanda azərbaycanlı ər-arvad amansızlıqla öldürüldü - Müəmmalı qətl mesajı

16:10, 07.06.20194111
Gürcüstanda azərbaycanlı ər-arvad amansızlıqla öldürüldü - Müəmmalı qətl mesajı
Bu gün Gürcüstanın Qardabani rayonunda azərbaycanlı ər və arvad xüsusi amansızlıqla qətlə yetirilib. 

AZXEBER.COM bu barədə oxu.az-a istinadən xəbər verir.

Onlar küt alətlə qətlə yetirilib və tanınmaz hala salınıb, hətta qohumları həmin şəxsləri tanıya bilməyib. 

Kişi və həyat yoldaşı Qardabanidə kiçik bizneslə məşğul olurmuş, lakin cinayətkarlar evdən heç nə götürməyiblər.

Bildirilir ki, qətlə yetirilmiş ailənin oğlu Rusiyada yaşayır.

Qohumlar qətlin qisas məqsədilə törədildiyini hesab edirlər. Deyirlər ki, qatillər evin divarlarına bu sözləri yazıblar: "Vaxtında gəl, səninlə hesablaşaq".  

Faktla bağlı cinayət işi başlanıb, saxlanılanlar və ya şübhəlilər yoxdur. 
XƏBƏR LENTİ