04:42 Bazar Günü, 18 Avqust 2019
DÜNYA

Gürcüstanda “donuz qripi”ndən daha bir ölüm faktı - Bu dəfə 10 aylıq körpə

20:42, 14.01.20195685
Gürcüstanda “donuz qripi”ndən daha bir ölüm faktı - Bu dəfə 10 aylıq körpə
Gürcüstanda daha bir nəfər H1N1 ( "donuz qripi”) virusundan ölüb.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, "donuz qripi”nin növbəti qurbanı 10 aylıq körpə olub. Hadisə bir neçə gün əvvəl bölgələrdən birində baş verib. 

Laboratoriyanın nəticələrinə görə, körpə virusdan əvvəl qızılcaya yoluxduğu üçün bu, onun səhhətini daha da ağırlaşdırıb. 

Azyaşlının xəstəxanaya aparılmadığı, elə evində dünyasını dəyişdiyi bildirilir. 

Bununla da, Gürcüstanda H1N1 virusundan ölənlərin sayı 16-ya çatıb. 

 
XƏBƏR LENTİ