13:02 çərşənbə, 19 Iyun 2019
DÜNYA

Gürcüstanda “Donuz qripi”ndən ölənlərin sayı 9-a çatıb

16:12, 07.01.20193646
Gürcüstanda “Donuz qripi”ndən ölənlərin sayı 9-a çatıb
Gürcüstanın Poti şəhərində H1N1virusuna ("donuz qripi") yoluxan, təxminən, 40 yaşlarında qadın ölüb.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, pasiyent Poti Şəhər Xəstəxanasına kəskin respirator infeskiya, pnevmaniya və tənəffüs çatışmazlığı diaqnozu ilə yerləşdirilib.

Tibb müəssisəsində aparılmış müalicəyə baxmayaraq, xəstənin halı pisləşib və o, ötən gün vəfat edib.

Hazırda Poti Şəhər Xəstəxanasında respirator infeskiya simptomları ilə 11 nəfər müalicə alır.

Qeyd edək ki, bu günə qədər qonşu ölkədə 8 nəfər "Donuz qripi"ndən ölüb.
XƏBƏR LENTİ