20:33 Bazar Günü, 08 Dekabr 2019
İQTİSADİYYAT

Gürcüstandan Azərbaycana gətirilən avtomobillərlə bağlı RƏSMİ MƏLUMAT

13:03, 28.11.20193341
Gürcüstandan Azərbaycana gətirilən avtomobillərlə bağlı RƏSMİ MƏLUMAT
Bu ilin yanvar-oktyabr ayları ərzində Gürcüstan Azərbaycana 17 504 ədəd avtomobil ixrac edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə APA-nın yerli bürosuna Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Hesabat dövründə Gürcüstanın Azərbaycana ixrac etdiyi avtomobillərin ümumi dəyəri 187 903,5 min ABŞ dolları təşkil edib.

Cari ilin yanvar-oktyabr ayları ərzində Gürcüstanın avtomobil ixracının ümumi həcmi 529 470,8 min dollar təşkil edib.

Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixracında 35,48% paya sahib olub.

Hesabat dövrü ərzində Gürcüstanın avtomobil ixracı illik müqayisədə 5,1% artaraq ümumi ixracın 7,2%-ni təşkil edib.
XƏBƏR LENTİ