05:13 Bazar Günü, 18 Avqust 2019
DÜNYA

Gürcüstanın ən bahalı şəhərləri

13:36, 29.08.20121102
Gürcüstanın ən bahalı şəhərləri
Gürcüstanın ən bahalı şəhərlərinin adları açıqlanıb. ANS PRESS-in gürcü mətbuatına istinadən verdiyi məlumata görə, siyahıda ilk yerləri Tiflislə Batumi tutur. “Batumelebi” qəzeti Tiflis, Kutaisi, Batumi, Zuqdidi və Telavidəki supermarket və bazarlardakı qiymətləri müqayisə edib. Məlum olub ki, supermarketlərdə ən bahalı ərzaqlar Batumidə satılır.Batumi bazarlarına gəldikdə isə buradakı mənzərə ölkənin digər şəhərlərindəki bazarlardan fərqlənmir. Mal əti (1 kq), pendir (1 kq), pomidor (1 kq), xiyar (1 kq), badımcan (1 kq), kartof (1 kq), qarpız (1 kq), şəftalı (1 kq) və lobyanın (1 kq) alınması üçün 36 lari (18 AZN) tələb olunur. Zuqdidi, Kutaisi və Telavidə isə bunun üçün 30 lari (15 AZN) kifayət edər. Tiflisə gəldikdə isə bu məhsulların alınması üçün 32 lari (16 AZN) lazım olacaq.
XƏBƏR LENTİ