17:11 çərşənbə, 14 Noyabr 2018
SOSİAL

Göyçayda hektarlarla taxıl sahəsi yanıb

20:43, 29.06.20183677
Göyçayda hektarlarla taxıl sahəsi yanıb

Göyçay rayonunda yanğın baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün saat 17:00 radələrində Böyük Qafqaz sıra dağlarının cənub hissəsində, Göyçayın Qarabaqqal kəndinin vətəndaşlarına məxsus pay torpaqlarında biçilməmiş taxıl sahəsində başlayan yanğın qısa vaxtda genişlənib.

Əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 4 ədəd və İsmayıllı yanğından mühafizə hissəsinin bir yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Yanğın dağlıq ərazidə baş verdiyindən yanğınsöndürənlər alovun qarşısını almaq üçün avtomobillərin suyundan istifadə edə bilmir, bu səbəbdən əsasən əl əməyindən istifadə olunur.

İndiyədək 15 hektardan çox sahədə biçilməmiş taxıl sahəsi, quru ot, xırda ağaclar və kol-kos yanıb.

Yanğın hazırda davam edir.

Yanğının başvermə səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ