12:43 Bazar Günü, 21 Aprel 2019
SOSİAL

Göyçayda spirtli içki qəbul edən kişi xəstəxanada öldü

13:28, 15.04.20192353
Göyçayda spirtli içki qəbul edən kişi xəstəxanada öldü
Göyçayda xəstəxanada ölüm hadisəsi baş verib.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, hadisə aprelin 14-də gecə saatlarında baş verib.

Göyçay şəhəri, Nəsimi küçəsi, dalan 2, ev 14-də yaşayan, 1971-ci il təvəllüdlü Xəlilov Namiq Feyruz oğlu yaşadığı evdə spirtli içki qəbul etdiyindən halı pisləşib.

N.Xəlilov Təcili Tibbi Yarfım maşını ilə Göyçay rayon Xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Xəstə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ