23:21 Cümə, 19 Oktyabr 2018
SOSİAL

Göygöl yaxınlığında "yoxa çıxan" rusiyalı aliminin yeri bilindi

11:01, 14.01.20181106
Göygöl yaxınlığında
Azərbaycana turizm məqsədi ilə səfərə gəlmiş və sərhədyanı zonaya yollandıqdan sonra bir həftə bundan əvvəl itkin düşmüş Rusiya Elmlər Akademiyasının Astronomiya İnstitutunun əməkdaşı Dmitri Çulkov doğmaları ilə əlaqə qurub.
 
AZXEBER.COM Virtualaz.org-a istinadən xəbər verir ki, bunu onun anası Olqa Çulkova bildirib.

"Ona zəng etməyə icazə veriblər. Deyir ki, yemək verirlər, tezliklə buraxacaqlarına və Moskvaya yollayacaqlarına söz veriblər”, - Çulkova deyib.

Alimin anasının sözlərinə görə, onunla Rusiya səfirliyindən də əlaqə saxlayıblar və əmin ediblər ki, oğlunun həyatına təhlükə yoxdur.
XƏBƏR LENTİ