11:37 Bazar Günü, 18 Noyabr 2018
SOSİAL

Göygöldə meşədə polisə hücum etdilər, atəş açıldı - Yaralananlar var

11:04, 26.10.20184238
Göygöldə meşədə polisə hücum etdilər, atəş açıldı - Yaralananlar var
Göygöl rayonunda polisə müqavimət göstərən 2 nəfər zərərsizləşdirilib.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, hadisə rayonun Qarabulaq kəndi ərazisindəki meşə zolağında baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, meşə zolağının meşəbəyisi Göygöl Rayon Polis Şöbəsinə zəng edərək 2 naməlum şəxsin həmin ərazidən sakinlərə məxsus mal-qaranı oğurlamağa cəhd göstərdiyini bildirib.

Məlumatla əlaqədar dərhal müvafiq tədbirlər görülüb. Qarabulaq kəndi ərazisində xidmət aparan Sarısu Polis Bölməsinin əməkdaşı kənd sakini Saleh Məmmədovla birgə həmin şəxsləri saxlayarkən onlar polis əməkdaşına və S.Məmmədova dəyənəklə xəsarət yetirib, bıçaqla hücum ediblər.

Həmin şəxslərin qanunazidd hərəkətlərinin qarşısını almaq məqsədilə polis əməkdaşı "Makarov” markalı xidməti tabel silahından xəbərdarlıq məqsədilə havaya bir neçə atəş açıb. Lakin həmin şəxslər hüquqazidd əməllərini davam etdirdiklərindən və bıçaqla ciddi müqavimət göstərdiklərindən polis əməkdaşı təkrar atəş açaraq onlardan birinin ayaq nahiyəsinə xəsarət yetirmək məcburiyyətində qalıb.

Hadisə yerinə gəlmiş digər əməkdaşların köməkliyi ilə həmin şəxslər saxlanılıblar.

Araşdırmalarla onların Yevlax rayon sakini İnşallah Miriyev (xəsarət alan) və Ağcabədi rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Şaiq Hümbətov olduqları müəyyən edilib.

Polis əməkdaşı, S.Məmmədov, habelə İ.Miriyev xəstəxanaya yerləşdirilib, V.Hüseynova və S.Məmmədova ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
XƏBƏR LENTİ