Hacı Beyləqanski haqqında yayılan ittihamlara cavab verdi

19 May 2017, 15:36
AAA
Hacı Beyləqanski Rövşən Lənkəranskiyə sadiqdir.

Rusiyanın primecrime.ru saytında azərbaycanlı qanuni oğrular barədə məqalə dərc olunub. Məqalədə "qanuni oğru” mərhum Rövşən Lənkəranskinin ölümündən sonra kriminal aləmdə baş verənlər, onun yaxın tərəfdaşlarının düşmənləri ilə münasibətlərinə toxunulur. Sayt qeyd edir ki, oğru dünyasında nüfuzlu şəxslərdən olan Hacı Beyləqanski guya öz dostu Rövşən Lənkəranski ilə dostluğa sadiq olmayıb, onun ölümündə adı hallandırılan şəxslərlə yaxınlaşıb, hətta qarşı tərəfdən bahalı hədiyyə qəbul edib. 

Bu məqalə dərc olunduqdan sonra bəzi Azərbaycan saytları məsələnin mahiyyətinə varmadan onu bir tərəfli işıqlandırmış, tirajlanan xəbərlərdə adı hallanan Hacı Beyləqanskinin mövqeyini öyrənməmişlər. 

Qeyd olunanlar ilə əlaqədar Hacı Beyləqanskinin İstanbulda yaşayan və adının çəkilməsini istəməyən yaxını saytımıza müraciət edib. O, yazılan məlumatları təkzib etdi və tam absurd olduğunu bildirdi: "Əslən çeçen olan iş adamı Həmzət Qastamirov (Şeyx Həmzət) "qanuni oğru” adı almaq uğrunda səy göstərir. İş adamı olmağına baxmayaraq oğru dünyasının çətirə altına düşmək istəyən Həmzət arzusuna çatmaq üçün yaxın ətrafı ilə birlikdə fəaliyyətə başlayıb. Bu məqsədlə hamıya şər və böhtan atır, kriminal aləmdə olan şəxsləri bir-birinə qarşı qoyur. Rusiya saytındakı böhtan dolu yazını da öz polis əl-altıları vasitəsilə yazdırıb. Qastamirov həmişə özü ətrafında elə mühit yaradır ki, guya onu sıxırlar və ya ona qarşı sui-qəsd təşkil olunur. Əslində isə o adam kriminal aləmdə hörmətə malik olan Hacı Beyləqanski kimi insanlardan istifadə etməklə özünü reklam edir.

Hacı Beyləqanski rəhmətlik Rövşən Lənkəranski ilə dost olub. Beləqanski bu gün də Rövşənin əziz xatirəsini ehtiramla anır və öz yolundan dönməyib. Məqalədə adı çəkilən digər şəxs – Valter Djedjeya da Beyləqanski ilə dostdur. Görünür bu yaxınlıq kimlərisə ciddi narahat edir ki, belə təxribat dolu xəbərlər yayırlar. Azərbaycanımızın mərd oğullarına, xaricdə diasporamıza dəstək olanlara qara yaxmaq ilə məşğuldurlar. 

Lənkəranski rəhmətə gedəndən sonra Beyləqanskinin başqalarından hədiyyələr qəbul etməsi tamamilə yalandır. Əslində, haqqında danışılan avtomobili Beyləqanskiyə R.Lənkəranskinin qardaşı bağışlayıb. Beyləqanskiyə qara yaxmaq üçün onun başqa bir azərbaycanlı "qanuni oğru” - Quludan hədiyyə götürüldüyü yazılır. Bu da yalandır. Qeyd etdiyim kimi, onun idarə etdiyi avtomobil Lənkəranskiyə məxsusdur. Beyləqanskinin Qulu ilə barışaraq yaxınlaşması haqqında səsləndirilən fikirlər də həqiqəti əks etdirmir. O, yenə də Lənkəranskinin yolunu davam etdirir və ona xəyanət etməyib. 

Qeyd olunanları nəzərə alaraq bu fikrə gəlmək olar - Rusiya saytında dərc olunan məqalədə Beyləqanskinin xəyanətkar kimi göstərməyə çalışırlar. Açıq-aydın görünür ki, məqalə sifarişlə yazılıb” – deyə Hacı Beyləqanskinin yaxını qeyd edir.

O, həmçinin Azərbaycan mediasında yayılan xəbərlərə də münasibət bildirdi. Hacı Beyləqanskinin yaxını qeyd etdi ki, "Azərbaycan mediasında yayılan məlumatlar bir tərəfli işıqlandırılıb və bir çox hallarda həqiqəti əks etdirmir. Yuxarıda da qeyd etdiyim kimi Beyləqanski rəhmətlik Lənkəranskinin sadiq dostudur və özü də ölənə qədər sadiq dostu olaraq qalacaqdır”-deyə Hacı Beyləqanskinin yaxını fikrini tamamlayır. 
 


Oxunma sayı : 779

Loading...
SON XƏBƏRLƏR
SOCAR-ın laboratoriyası beynəlxalq qarşılaşdırma testində iştirak edib - 25 İyul 2017, 18:01
Hacıqabulda qanlı insident: qonşusunu güllələndi - 25 İyul 2017, 17:56
“Hər şeyə səbəb olan Əli Abbasov çöldə, biz isə içərdəyik” – "Rabitə işi"ndə son sözlər - 25 İyul 2017, 17:52
“Sonradan bildim ki, məni sevə-sevə anamla da münasibət saxlayırdı” - 25 İyul 2017, 17:33
Səbail sakinlərindən icra hakimiyyətinə cavab: "Ağacı gecə ilə kəsib, yerini isə betonlayıblar" - 25 İyul 2017, 17:24
Kooperasiya Universitetində keçirilən imtahanda iştirak edən abituriyentlərin NƏZƏRİNƏ - 25 İyul 2017, 17:07
“Lotu Quli”nin yeznəsi azadlığa buraxıldı – Vaxtından əvvəl - 25 İyul 2017, 17:02
Mehriban Əliyevanın nəvəsi ilə -FOTOSU - 25 İyul 2017, 16:38
Aysel məşhur müğənninin klipinə çəkilir - FOTO - 25 İyul 2017, 16:19
Qənirə Paşayevaya Aksaray və Kapadokyanın(Uçhisar) Fəxri Vətəndaşlığı verilib - 25 İyul 2017, 16:16
Təhsil müəssisəsindən rekord nəticə! 20 nəfər 600-dən çox bal topladı! - 25 İyul 2017, 16:14
ABŞ-da yaşayan azərbaycanlılar üçün radio fəaliyyətə başlayır - 25 İyul 2017, 16:08
Övladları boşanan qudalar dalaşdı: oğlanın atası qızın anasını döydü - 25 İyul 2017, 16:07
Azərbaycanda icra hakiminin müavini işdən çıxarıldı - FOTO - 25 İyul 2017, 15:51
Ermənistan döyüş PUA-dan istifadə etdi: azərbaycanlı hərbçi yaralandı - 25 İyul 2017, 15:31
Səbail rayon icra hakimiyyətindən ağac kəsilməsi xəbərinə - REAKSİYA - 25 İyul 2017, 15:29
Oğlumun adı Xiyar, qızımın adını Xiyarə olsun! – BİABIRÇILIQ - 25 İyul 2017, 15:14
Növbəti doğuş terroru: Gənc ana komaya düşdü - 25 İyul 2017, 14:40
Sevgilisinin anası ilə dəfələrlə sevişdi, sonda öldürdü - Azərbaycanda dəhşətli hadisə - 25 İyul 2017, 14:25
13 yaşlı oğlan 13 yaşlı hamilə qızla evləndirildi - 25 İyul 2017, 14:22
İki gün əvvəl dənizdə batan oğlanın meyiti tapıldı - 25 İyul 2017, 14:18
Ali məktəblərə II və III qruplar üzrə qəbul planı məlum oldu - 25 İyul 2017, 14:06
Azərbaycanda bu çimərliyə kişilər buraxılmır - VİDEO - 25 İyul 2017, 13:42
Adam vurub öldürən olimpiya çempionumuza cinayət işi açıldı - 25 İyul 2017, 13:40
Azərbaycanda 19 məktəbli qız abort etdirib - 25 İyul 2017, 13:37
Azərbaycanda 25 yaşlı oğul 46 yaşlı anasını döydü - 25 İyul 2017, 13:24
Baş Prokurorluq: Xətai rayonunda qanunsuz ağac kəsən şəxslər həbs ediliblər - 25 İyul 2017, 13:12
Prezident məşhur cütlüyün nikah şahidliyini etdi - FOTO - 25 İyul 2017, 12:54
Günay İbrahimlinin yeni mahnısı da plaqiat çıxdı - VİDEO - 25 İyul 2017, 12:44
"Ərim öldü, qaynıma ərə getdim, burada nə var?!" - FOTOLAR - 25 İyul 2017, 12:31
Jurnalisti qladiator və “satqın” sayanların cığallığı - 25 İyul 2017, 12:27
Yaqub Zurufçu Ermənistana getməyə hazırlaşan Ququş haqqında bütün sirləri açdı - 25 İyul 2017, 12:25
Prezident Milli Qəhrəman Salatın Əsgərovanın oğluna da ev hədiyyə edib - 25 İyul 2017, 12:16
Dəhşətli yanğında sağ qalan azərbaycanlı uşağı qubernator nəzarətə götürdü - 25 İyul 2017, 11:49
Prezidentin nəvələri istirahətdə - FOTOLAR - 25 İyul 2017, 11:35
Aşıq Samirənin bahalı maşını - FOTO - 25 İyul 2017, 11:28
Azərbaycan bayrağı söküldü, Mübariz Mənsimov əsəbiləşdi: "Ciyərini sökərəm!" - 25 İyul 2017, 11:17
Bakıda avtobus qəzası - Xəsarət alan var - VİDEO - 25 İyul 2017, 11:09
Avqustun 1-dən sürücülər üçün 50 manatlıq cərimələr olacaq - 25 İyul 2017, 11:06
Binadan yıxılan 1 yaşlı uşaq öldü - Bakıda faciə - 25 İyul 2017, 11:01
DTX beynəlxalq kibercinayətkarları ifşa etdi - 25 İyul 2017, 10:57
Azərbaycanlı iş adamı oğluna 4 gün, 4 gecə toy etdi - FOTO - 25 İyul 2017, 10:41
Gəlini döyüb, saçını qırxdılar - Samuxda dəhşət - 25 İyul 2017, 10:20
Bakıda kafedə kütləvi dava: Yaralanan var - 25 İyul 2017, 10:12
DİN vətəndaşlara müraciət etdi - 24 İyul 2017, 18:16
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10